Maqsud Mahmudov məhkəmədə ifadə verib:

Maqsud Mahmudov məhkəmədə ifadə verib: "Eldar Mahmudov həmişə məndən borc pul alıb"

Aprelin 6-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Qəniyevin sədrliyi ilə Ukraynada tutularaq Azərbaycana gətirilən Maqsud Mahmudov cinayət işi üzrə məhkəmə  prosesi davam edib.

Azadmediatv.com xəbər verir ki, M.Mahmodov prosesdə sərbəst ifadə verib.

 O,  bildirib ki, zərərçəkmiş Aslan Qəhrəmanovu 2009-cu ildən tanıyır. Brlə k,  evini təmir etdirəndə iki dəfə usta iş zamanı ölüb: "Evi satmaq üçün Aslana təklif etdim və mənə köməklik göstərməsini istədim. Həmin evi 220 min dollara almışdım. Aslanın yanında gələn Adil adlı şəxs 450 min manat pul verdiyini söylədi. Mənə də təcili pul lazım idi. Sonra Aslan Məzahiri təklif etdi və onunla 320 min manata razılaşdıq. O, 60 min manat bir verdi, sonra da 70 min manat təqdim etdi. Dedim ki, qalanını da sonra verərsən. Aslana bildirdim ki, mənə pul lazımdı. O da mənə 120 kv-lıq yerini verəcəyini dedi".

Zərərçəkmiş qismində ifadə verən Aslan Qəhrəmanov söyləyib ki, M.Mahmudovla qohumluq münasibətləri olub: "Mən obyektimi satışa çıxartmışdm. Maqsudun problemi vardı, məndən qohumluq xatirinə borca pul istədi. Məndə obyektimi təklif etdim. Maqsud isə obyekti satıb pulunu ələ keçirdi".

M.Mahmudov zərərçəkmiş Aslan Qəhramanovdan 120 min manat almasına aydınlıq gətirib. O  ifadəsində bildirib ki,  A.Qəhrəmanovu 2009-cu ildən tanıyır: "O vaxtı bir məsələ ilə bağlı Milli Təhlükəsizlik Nazirliyinə çağırıb rüşvət istədilər. Nazirlikdə məndən bir “Gallendevagen" və 250 min manat tələb etdilər, əksər halda həbs edəcəkdilər. Aslanla kirvə idik, ondan 120 min manat borc istədim. Aslan da sağ olsun, dedi ki, obyektim var, onu sat, pulu götür. Həmin obyekti 250 min manata istədilər. Aslan isə 450 min manata satırdı. Mənə bildirdi ki, 400 min manata sənə görə satıram. Daha sonra bir müştəri 290 min manata almaq istədi, razılaşdıq".

M.Mahmudov ilginc aşıqlama da verib: "Mən keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovla uşaqlıqdan bir həyətdə böyümüşəm. O, həmişə məndən borc pul alıb. Nizami küçəsində obyektlərim olub, adıma dələduz adı qoymaq lazım deyil".

Proses davam edir.

Qeyd edək ki, Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu 2021-ci ilin iyul ayında Ukrayna ərazisində tutulub. O, sentyabrın 18-də Ukraynadan Azərbaycana gətirilərək istintaqa təhvil verilib. İstintaq dövründə onun barəsində xüsusi dəyəri olan əşyaları talama maddəsi ilə ittiham irəli sürülüb.

İş üzrə 90 nəfər zərərçəkmiş var. Zərərçəkmişlərdən ikisi müğənnidir - Afət Fərmanqızı və Vasif Məhərrəmli.

Azadmediatv.com





OXŞAR XƏBƏRLƏR