Sirzad Əsgərov tələb edirdi ki, hər yerdə  qatilin İlkin olduğunu  deyim - MURAD SÜLEYMANOV

Sirzad Əsgərov tələb edirdi ki, hər yerdə qatilin İlkin olduğunu deyim - MURAD SÜLEYMANOV

Aprelin 6-da Tovuz rayonunun Dondar Quşçu kəndində xüsusi amansızlıqla qətlə yetirilən 10 yaşlı Nərmin Quliyeva cinayətində ittiham olunan İlkin Süleymanovun  məhkəmə prosesi şahidlərin dindiriilməsiylə davam etdirilib.

Azadmediatv.com-un xəbərinə görə, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə İlkin Süleymanovun əmisi oğlu, sabiq polis əməkdaşı Murad Süleymanov təkrar sətbəst ifadə verib. Belə ki, Nərmin Quliyevanın itkin düşməsi, 47 gün sonra isə kənddə yanmış meyitin tapılmasından sonra ən çox adı hallananlardan biri də məhz  PPX-nın keçmiş əməkdaşı Murad Süleymanov idi. O, azyaşlını oğurlayaraq,  işgəncəylə qətlə yetirməkdə ittiham edilən İlkin Süleymanovun əmisi oğludur. Azyaşlının ailəsi onun da cəzalandırılmasını tələb edirdi.
Murad Süleymanov sərbəst ifadəsində  bildirib ki, Tovuz Rayon Polis Şöbəsinin Post-Patrul Bölüyündə sıravi polis əməkdaşı kimi xidmət edib:

O, təqsirləndirilən İlkin Süleymanovun vəkillərinin, dövlət ittihamçısının və hakimin suallarını cavablandırıb.

M.Süleymanov ifadəsində bildirib ki, onun yaşadığı ev İlkin Süleymanovun qaldığı evlə bitişikdir və Nərmin Quliyevanın saxlanıldığı iddia edildiyi otaq isə onun qaldığı otaqla arakəsmə  vasitəsilə kədilib və yanbayandır. Lakin o, heç vaxt həmin otaqdan səs eşitməyib:

"Əgər həmin otaqda kimsə olsaydı və iddia edilən hadisələr baş versəydi, ən azından gecənin səssizliyində  ayaq səslərinij belə aydın eşidildiyi otaqda olanları eşidərdim. Meyitin tapıldığı zaman da istintaqda lazım olar deyə, İlkinə telefonla video-çəkiliş etməsini  elə mən demişəm. Yəni onun videonu çəkməkdə heç bir başqa məqsədi olmayıb" - deyə M.Süleymanov bildirib.

Verilən suallar cavablandırılarkən şahid bildirib ki, Tovuzun sabiq polis rəisi ona yəzyiq göstərirmiş. Şahid deyib ki, hadisə baş verdikdən sonra Tovuz Rayon Polis Şöbəsinin sabiq rəisi Şirzad Əsgərov ondan İlkinin əleyhinə danışmağı tələb edib:

"Şirzad Əsgərov mənə təzyiq edirdi ki, hər yerdə İlkinin qatil olduğunu deyim. Buna baxmayaraq, mən imtina etdim, barəmdə şikayətlər yazdı. Mənə və yaxınlarıma qarşı olan təzyiqlərə tab gətirə bilmədiyimə görə, bir müddət sonra daxili işlər orqanlarından ayrıldım".

M.Süleymanov prosesdə bildirib ki, Nərminin yanmış meyiti tapılan günü səhər anası Aynurə İsmayılovanı Polis Şöbəsində görüb: “Yanvarın 6-da şöbənin qarşısında “razvod” bitdi, içəri keçəndə Aynurə İsmayılovanı gördüm. Soruşandaki, nəyə gəlibsən, cavabında  dedi ki, polis rəisi Şirzad Əsgərovdan pul almağa gəlmişəm”.

Şahid onu da bildirib ki, meyitin yanması haqda polis rəisinə məlumat verəndən 15 dəqiqə sonra Şirzad Əsgərov rəis müavini Şahlar Cəfərovla birlikdə hadisə yerinə gəlib: “Şirzad Əsgərov hadisə yerinə çatan kimi  sevincək “Şahlar, odur - Nərmindir” – dedi”.

M.Süleymanov Nərminin meyiti tapılmazdan əvvəl aparılan axtarışlar barədə də danışıb.

Şahid  xatırladıb ki, hələ meyit tapılmamışdan öncə rəis müavini Ş.Cəfərov ondan Dondar Quşçuda tək yaşayan sakinlər haqda soruşub.

Proses aprelin 11-dək təxirə salınıb.

Qeyd edək ki, 48-yaşlı İlkin Süleymanov Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələri ilə ittiham olunur. Lakin o, azyaşlının ölümünə aidiyyəti olmadığını deyir. İlkin Süleymanovun ifadəsindəki etirafa gəlincə, o bildirib ki, 2020-ci il yanvarın 6-dan 10-dək Tovuz Rayon Polis Şöbəsində işgəncəyə məruz qalıb. Dörd gün sonra ağır  işgəncələrə və valideynləriylə təhdid edilməsinə dözməyərək, etiraf ifadəsinə imza atmağa məcbur olub. Baş Prokurorluq isə onun işgəncə iddialarını təkzib edib. Vəkillərin bu barədə şikayətlərinə cavab olaraq, işgəncə faktının təsdiqini tapmadığı bildirilib.
Süleymanovun ittiham olunduğu maddələrdə 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Xatırladaq ki, 2019-cu ilin noyabrın 19-dan itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini, 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti 2020-ci il yanvarın 6-da kənd ərazisində aşkar edilib. İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb.

İ.Süleymanov isə özünü təqsirli bilmir.

Azadmediatv.com





OXŞAR XƏBƏRLƏR