Digər KİV-ə istinadla təkrar dərc edən jurnalistlər məsuliyyətə cəlb oluna bilər

Digər KİV-ə istinadla təkrar dərc edən jurnalistlər məsuliyyətə cəlb oluna bilər

Rusiyada silahlı qüvvələrin xaricdə fəaliyyəti barədə yalan, eləcə də ordunu nüfuzdan salan materialları digər KİV-ə istinadla təkrar dərc edən jurnalistlər məsuliyyətə cəlb oluna bilər.

Azadmediatv.com Rusiya mətbuatlna istinadın xəbər verir ki, “KİV haqqında” Qanuna düzəliş layihəsi Dövlət Dumasına təqdim edilib.

Sənədə əsasən, qanunun həqiqətə uyğun olmayan informasiyanı təkrar dərc edən media orqanının məsuliyyətdən azad edilməsini nəzərdə tutan 57-ci bəndinə düzəliş ediləcək.

Dövlət Dumasına təqdim edilmiş digər qanun layihəsində isə baş prokuror və müavinlərinə Rusiyada KİV-in məhkəməsiz bağlanması səlahiyyəti verilməsi təklif olunur. Belə ki, Baş Prokurorluq pozuntuya yol vermiş media orqanı barədə məlumatı Rusiyanın Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi İnformasiya Vasitələrinə Nəzarət Federal Xidmətinə (Roskomnadzor) göndərəcək, xidmət də öz növbəsində, həmin media orqanının lisenziyasını geri çağıracaq.

KİV-in bağlanması üçün silahlı qüvvələrin nüfuzdan salınması, onların xaricdə fəaliyyəti barədə yalan məlumat, Rusiyanın maraqlarının müdafiəsi üçün silahlı qüvvələrdən istifadəyə mane olmaq və digər səbəblər göstərilə bilər.

Azadmediatv.com





OXŞAR XƏBƏRLƏR