“Location”da xəsarət alanlardan Gülbala Abdullayev müalicə aldığı özəl tibb müəssisəsində dünyasını dəyişib

“Location”da xəsarət alanlardan Gülbala Abdullayev müalicə aldığı özəl tibb müəssisəsində dünyasını dəyişib

Bakıda Səbail rayonu ərazisində yerləşən “Location” gecə klubunda baş vermiş partlayış zamanı xəsarət alanlardan  biri də dünyasını dəyişib.

Azadmediatv.com xəbər verir ki, bu  aldığı xəsarətlərdən dünyasını dəyişən  sayca  üçüncü adamdır.  Dünyasını bu geceə dəyşən Gülbala Abdullayev müalicə aldığı özəl tibb müəssisəsində dünyasını dəyişib. Onun vəziyyəti kritik ağır olaraq qiymətləndirilirdi. Qeyd edək ki, mərhum gecə klunun aşpazı idi.

Qeyd edək ki, hazırda TƏBİB-in tabeli tibb müəssisələrində partlayış zamanı xəsarət alanlardan müalicə alan yoxdur. TƏBİB-in mətbuat xidmətinin rəhbəri Zamirə Adilova bildirib ki, yaralılar yaxınlarının iltizamnaməsi əsasında bir neçə gün əvvəl özəl tibb müəssisələrinə köçürülüblər.

Baş Prokurorluq  da Səbail rayonu ərazisində gecə klubunda baş verən partlayışda xəsarət alan şəxslərdən daha birinin ölməsi faktına münasibət bildirib.

Qurumun mətbuat xidmətindən bildirilib ki, aprelin 3-də gecə klubunda baş verən partlayış nəticəsində xəsarət alanlardan biri - 2001-ci il təvəllüdlü Abdullayev Gülbala Etiqad oğlu xəstəxanada ölüb. Hazırda həmin cinayət işi üzrə istintaq davam edir.

Qeyd edək ki, aprelin 3-də gecə klubunda baş verən partlayış nəticəsində 3 nəfər ölüb, 36 nəfər yaralanıb. Bundan başqa, 14 avtomobil, 1 mənzil və 2 qeyri yaşayış obyektinə ziyan dəyib.

Başlanmış cinayət işi ilə bağlı 3 nəfər həbs edilib.

Xarırladaq ki, aprelin 3-də Bakının mərkəzində yerləşən “Location” gecə klubunda baş vermiş partlayış baş verib. Partlayış nəticəsində 37 nəfər müxtəlif dərəcəli xəsarət alıb, 1 nəfər hadisə yerində vəfat edib. Daha sonra xəsarət alan iki nəfər aparılan müalicələrə baxmayaraq həyatını itirib. Bundan başqa, partlayış nəticəsində 14 avtomobil, 1 mənzil və 2 qeyri-yaşayış obyektinə ziyan dəyib.

Azadmediatv.com




OXŞAR XƏBƏRLƏR