AXH-nin qurucusu İsgəndər Həmidovun doğum günüdür

AXH-nin qurucusu İsgəndər Həmidovun doğum günüdür

Aprelin 10-u Azərbaycan Xalq Cəbhəsi hakimiyyəti dövründə (1992-ci il) daxili işlər naziri olmuş,  AXC-nin qurucularından, istiqlalçı millət vəkili, AXH-nin qurucusu və rəhbəri  general İsgəndər Həmidovun bu gün doğum günüdür.
Azadmediatv.com xəbər verir ki, İ.Həmidov 1948-ci ildə Kəlbəcər rayonunun Bağlıpəyə kəndində anadan olub. Orta təhsilini Tərtər rayonunda alıb. Daha sonra daxili işlər orqanlarında polis serjantı olaraq xidməti vəzifəyə başlayıb.

O, Bakı şəhərində "OBXSS"-də (sosialist əmlakının mənimsənilməsi ilə mübarizə şöbəsi) çalışıb və korrupsiyaya qarşı mübarizə idarəsinin rəisi vəzifəsinə qədər yüksəlib.  1980-ci illərin sonlarında milli azadlıq hərəkatına qoşulmuş və AXC-nin sədr müavini olmuş İsgəndər Həmidov Qarabağ müharibəsi zamanı könüllü batalyonları yaradanlardan idi.  1992-ci ilin mayında prezident səlahiyyətlərini icra edən İsa Qəmbər onu daxili işlər naziri vəzifəsinə təyin edib. 1992-ci ilin oktyabr ayında ona general-leytenant hərbi rütbəsi verilib. 

"Çaykənd" əməliyyatında iştirak edən Həmidovun nüfuzu "20 Yanvar" faciəsində yaralılara kömək etməsindən sonra artmış, Milli Azadlıq Hərəkatının və Azərbaycan Xalq Cəbhəsinin rəhbərlərindən birinə çevrilibdir. O, 15 may 1992-ci ildə prezident Ayaz Mütəllibovun devrilməsində əhəmiyyətli rol oynayıb, ardınca daxili işlər naziri təyin edilib.  Vəzifədə olduğu dövrdə Bakıda çoxlu sayda əməliyyatlar keçirib, cinayətkar dəstələrlə mübarizə aparıb. Həmçinin, onun komandanlıq etdiyi dəstələr "Goranboy" əməliyyatında da iştirak edib.

İsgəndər Həmidov 1993-cü ilin aprelində istefaya gedib. 14 il azadlıqdan məhrum edilib. İsgəndər Həmidov 9 il sonra, 2003-cü ilin dekabrında prezident İlham Əliyevin fərmanı ilə əvf olunub. O, "Bozqurd" hərəkatına rəhbərlik edib və daha sonra bu hərəkat Azərbaycan Milliyətçi Demokrat (Bozqurd) Partiyasına çevrilib. 1993-cü ildən nəşr olunan "Bozqurd" qəzetinin təsisçisi olub. İsgəndər Həmidov milliyətçi, antikommunist və Türkiyə meylli idi. O, Rusiya əleyhdarı idi, eləcə də Azərbaycanın hansısa xarici qüvvə tərəfindən idarə edilməsi fikrinə qarşı idi. O, Bozqurd Partiyasını sonralar Azərbaycan Milliyətşi Demokrat Partiyasını yaradıb.
1995-ci ildə həbs olunan Həmidov Avropa Şurası tərəfindən siyasi məhbus kimi qiymətləndirilib.  Həmidov bir müddət siyasətdən uzaqlaşmış, sonradan Demokratik Qüvvələrin Milli Şurasına qoşulub. 2014-cü ildə isə müstəqil siyasətçi kimi fəaliyyətinə davam edib.

O, 2015-ci il parlament seçkilərində bitərəf namizəd kimi iştirak edib.  Həmidov 2019-cu ildə Azərbaycan Xalq Hərəkatının həmtəsisçisi olub. O, 2020-ci ildə vəfat edib.
Allah rəhmət eləsin
Azadmediatv.com




OXŞAR XƏBƏRLƏR