BDU-da Əhməd İsmayılovla

BDU-da Əhməd İsmayılovla "Media sahəsində islahatların hüquqi əsasları" mövzusunda görüş keçirilib

 Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılovla Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində  "Media sahəsində islahatların hüquqi əsasları" mövzusunda görüş keçirilib.

Azadmediatv.com xəbər verir ki, tədbirdə Medianın İnkişafı Agentliyinin əməkdaşları, jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev, professor-müəllim heyəti, tələbə və magistrantlar iştirak ediblər.

Belə ki, Ə.İsmayılov görüş zamanı  özünəməxsus inkişaf yolu keçmiş Azərbaycan mediasının ölkəmizdə və dünyada baş verən hadisələrlə bağlı ictimaiyyətin məlumatlandırılması, xalqımızın haqq səsinin dünyaya çatdırılması istiqamətində səmərəli fəaliyyət göstərməsindan danışıb. O, media sahəsində islahatların hüquqi əsasları, medianın fəaliyyəti, media etikası, peşəkarlıq standartları ilə bağlı tələbələri məlumatlandırıb. Xüsusilə medianın cəmiyyətdəki rolu, media subyektləri arasındakı münasibətlərin hüquqi baxımdan tənzimlənməsi və funksiyaları ilə bağlı əsas məqamları diqqətə çatdırıb.

Ə.İsmayılov “Media haqqında” Azərbaycan Respublikasının Qanununun əsas müddəalarını şərh edərək, onun jurnalistlər üçün əhəmiyyətini vurğulayıb. Həmçinin, medianın bugünki problemləri, cəmiyyət və media arasında əlaqələr barədə  də tələbələrlə fikir mübadiləsi aparılıb.

İnteraktiv formada keçirilən görüşdə tələbələri maraqlandıran çoxsaylı suallar cavablandırılıb.

Azadmediatv.com





OXŞAR XƏBƏRLƏR