Cəmil Quliyev həbs edilib

Cəmil Quliyev həbs edilib

Daxili İşlər Nazirliyi (DİN) Bakıda bloger Cəmil Quliyevin saxlanılması ilə bağlı məlumat yayıb.

Azadmediatv.com-a DİN-in Mətbuat Xidmətindən  verilən məlumatda deyilir:

"Bakı şəhər sakini olan Cəmil Quliyev narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün polis əməkdaşları tərəfindən saxlanılıb və Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinə gətirilib. Onun üzərindən şəxsi istifadəsi üçün əldə etdiyi psixotrop maddə metamfetamin aşkar edilib. Cəmil Quliyev barəsində toplanan material məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə həmin şəxs 2 ay müddətinə inzibati qaydada həbs edilib".

Xatırladaq ki,  aprelin 15-də paytaxtın Yasamal rayonunda tanınmış bloger narkotik üstündə tutulub. Sosial şəbəkələrdə “jam_guliyev” adı altında tanınan Cəmil Quliyev 2 ay müddətinə inzibati həbs olunub.

Onun metamfetamin (patı) istifadə etdiyi zaman çəkilmiş videogörüntüləri yayılıb.

Azadmediatv.com





OXŞAR XƏBƏRLƏR