Axtarılan gizir Polad Əzizov haqqında kimsənin bilmədikləri

Axtarılan gizir Polad Əzizov haqqında kimsənin bilmədikləri

Baş Prokurorluq “Tərtər işi” ilə bağlı Əzizov Polad Seyfəddin oğlunun barəsində axtarış elan edilməsi haqda məlumat yayıb.

Azadmediatv.com-un əldə eydiyi məlumata görə, qanunsuz həbs edilən hərbçilərə işgəncə verməkdə təqsirləndirilən Əzizov Polad Seyfəddin oğlunun  öncə saxlanılsa da, sonradan sərbəst buraxıldığı məlum olub. Polad  Əzizov kimdir?

Əldə etdiyimiz məlumata görə, Azərbaycan Ordusunun  sabiq giziri Əzizov Polad Seyfəddin oğlu 1982-ci ildə Qazax rayonunun Qazaxbəyli kəndində anadan olub. 2000-ci ildə hərbi xidmətə yollanıb, əsgərlikdə Xüsusi Təyinatlı Qüvvələrin kursuna yazılıb, kursu keçərək orada xidmətə başlıyıb.

 O, bu məqsədlə müxtəlif ölkələrdə kurslar da keçib: 

1. Erməni dili kursu

2. Hava desant hazırlıq kursu

3. "SAT" Sualtı taruz kursu

4. Dağlıq ərazidə "Qış-qar" kursu (Xizəklə hərəkət edərək atəş açmaq, dağda eniş-yoxuşlarda hərəkət etmə,10 km xizəklə, 90 km xizəksiz dağda hərəkər).

5. Türkiyə "Antiterror və Qoruma Mühafizə" kursu

6. Alpinizm və Dağçılıq kursu

7. Tarama, İncələmə kursu

8. Yaşayış məntəqələrində döyüşlərin aparılması kurslarını keçib.

2006-ci ildə Quba və Zaqatalada "Meşə qardaşları" adlı terrorçuların tutulub məhv edilməsi üçün xüsusi əməliyyat tapşırığını uğurla yerinə yetirib.

2009-cu ildə Gədəbəy istiqamətində düşmənin hərəkət edən kolonunun məhv edilməsində iştirak edib.

2012-ci ildə Tərtərin Çaylı kəndi istiqamətində düşmənin "Təkər postu" deyilən postunun dağıdılması.

2013-cü ildə cəbhənin Füzuli rayonu hissəsində Araz cayı boyu düşmən postlarının dağıdılması.

2014-cü ildə Füzuli istiqamətində düşmənin bir postunun şəxsi heyəti ilə birlikdə tamami ilə məhv edilməsi...

2015-ci ilin oktyabrında Xüsusi Təyinatlı Qüvvələrdən və Ordu sıralarından təxris olunub.

2016-cı il aprel döyüşlərində illərdi xidmət etdiyi yoldaşlarının şəhid olması Polada pis təsir edir, ona yenidən orduda xidmət etmək təklif edilir və qayıdır.

2016-cı ilin dekabrında Tərtər əlahiddə kəşfiyyat taborunda xüsusi təyinatlı bölükdə xidmətə başlayır.

2017-ci il fevralın 25-də Ağdam istiqamətində düşmənin iki postuna girilib, 20-yə yaxın düşmən məhv edilib, köməyə gələn bir hərbi texnika partladılıb.

2017-ci ilin mayında Tərtərdə aşkara çıxarılan casus şəbəkəsinin üzvlərinə işğəncə verməkdə şübhəli bilinərək həbs edilib.

Uşaq vaxtlarından profsional idmanla məşğul olub, 1997-ci ildə MDB ölkələri arası kigboxing turnirində birinci yer, həmiln il Avropa cempionatında 3-cü yer tutub.

1998-ci ildə Avropa cempionu olub, Gürcüstanda keçirilən beynəlxalq yarışın qalibi olub

Azadmediatv.com