Bəxtiyar Hacıyevin barəsindəki xüsusi ittiham qaydasında şikayətə xitam verilib

Bəxtiyar Hacıyevin barəsindəki xüsusi ittiham qaydasında şikayətə xitam verilib

 Ülviyyə Muradovanın (Alovlu) ictimai fəal Bəxtiyar Hacıyev barəsində xüsusi ittiham qaydasında şikayəti ilə bağlı məhkəmə araşdırması başa çatıb.

 Azadmediatv.com xəbər verir ki, Yasamal Rayon Məhkəməsində hakim Rauf Daşdəmirovun sədrlik etdiyi iclasda qərar  elan olunub. Qərara əsasən, Ü.Alovlunun şikayəti sübuta yetirilmədiyi üçün iddiaya xitam verilib.

Xatırladaq ki, Ü.Alovlu şikayət ərizəsində Bəxtiyar Hacıyev tərəfindən təqib edildiyini, ünvanına qeyri-etik ifadələr səsləndiyini iddia edib.

Xüsusi ittihamçı ictimai fəalın Cinayət Məcəlləsinin 147 (böhtan) maddəsi ilə ittiham olunmasını tələb edib.

Azadmediatv.com





OXŞAR XƏBƏRLƏR