ABŞ 635 Rusiya vətəndaşına viza məhdudiyyəti tətbiq edib
ABŞ 635 Rusiya vətəndaşına viza məhdudiyyəti tətbiq edib.
Azadmediatv.com-un xəbərinə görə, bu haqda ABŞ-ın maliyyə nazirliyi məlumat yayıb. Belə ki, rəsmi ABŞ insan hüquqlarının pozulmasında iştirak edən, həmçinin Rusiyanın nəzarət etdiyi Ukrayna əraizlərində yerləşən həbsxanalarda insan hüquqlarını pozan 635 RF vətəndaşına viza məhdudiyyəti tətbiq edib. Lakin buna baxmayaraq, siyahıya düşən şəxslərin adları ictimaiyyətə açıqlanmayıb.