Yüzlərlə gəncin qumar oyunlarında iştirakının qarşısı alınıb

Yüzlərlə gəncin qumar oyunlarında iştirakının qarşısı alınıb

Gürcüstanda qumar oyunları ilə bağlı qanunun icrasına nəzarət gücləndirilib.

Azadmediatv.com xəbər verir ki, martın 1-dən qüvvəyə minən qanuna əsasən,  yaşı 25-dən az , habelə sosial təminatı aşağı olan şəxslər, siyasətçilər və dövlət qulluqçularının qumar oyunlarında iştirakı qadağandır.

Qanunun icrasına nəzarət tədbirləri nəticəsində indiyədək qumar oyununda iştirak edən 500 nəfərdən çox insan aşkarlanıb. Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin Xidmət departamentinin rəhbəri Levan Dqebuadze bildirib ki, qumar oyunlarına nəzrət sisteminin elektron formasının təşkilatçısı hər bir fərdin məlumatlarını xidmətə göndərir. Bu yolla həmin adamın “qara siyahıda” olub-olmadığı təsdiqlənir və bunun əsasında məlumatlar müqayisə olunur.

Gürcüstanın “Analar qumar oyunlarına qarşı” QHT-nın yaydığı məlumatda bildirilib ki, artıq xeyli sayda insan yeni qanunun qüvvəyə minməsindən məmnunluq ifadə edib. Belə ki, bugünədək yüzlərlə gəncin qumar oyunlarında iştirakının qarşısı alınıb. Lakin buna baxmayaraq, qumar oyunlarının təşkilatçıları vətəndaşları müxtəlif yollarla oyunlara cəlb etməyə nail olurlar.

Qeyd edək ki, Gürcüstanda qumar oyunları ilə bağlı məhdudiyyətlərin tətbiqi ilə bağlı ilk təklif baş nazir İrakli Qaribaşvili irəli sürüb.  Onun sözlərinə görə, hər il onlayn kazinolar vasitəsilə Gürcüstandan 1,5 milyard lari çıxarılır.

Azadmediatv.com




OXŞAR XƏBƏRLƏR