İlkin Süleymanovun qapalı məhkəmə prosesində üzə çıxan dəhşətin  SƏBƏBi - (YENİLƏNİB - II)

İlkin Süleymanovun qapalı məhkəmə prosesində üzə çıxan dəhşətin SƏBƏBi - (YENİLƏNİB - II)

21 aprel, saat  18:00

Aprelin 21-də  Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Dadaş İmanovun sədrliyi ilə Tovuz rayonunun Dondar Quşçu kəndində azyaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə ittiham olunan İlkin Süleymanovun məhkəmə prosesi şahid ifadısiylə davam etdirilib.
Azadmediatv.com-
un əməkdaşının məhkəmə prosesindən verdiyi xəbərə görə, ötən prosesdə   vəkil Əlibaba Rzayevin məhkəməyə təqdim etdiyi vəsatətlərdən birində qeyd edilib ki,  Bakı İstintaq Təcridxanasında lkin Süleymanovla eyni kamerada saxlanılan təqsirləndirilən şəxslər, İsmayılov Rəvan Mətləb oğlu, Qəhrəmanov Baxşəli Abdulla oğlu, Həsənov Mehman Telman oğlu, Mirzəyev Raqif Rakif oğlu və Əliyev Eyvaz Tacir oğlu iş üzrə şahid qismində dindirilmiş, həmin şəxslərdən İsmayılov Rəvan Mətləb oğlu (cild-16, səh: 173-175) və Qəhrəmanov Baxşəli Abdulla oğlu (cild-19, səh:147-154) İlkin Süleymanovun əleyhinə ifadə vermiş, digər şahidlər isə, yəni Həsənov Mehman Telman oğlu (cild -18, səh: 248-251) və Mirzəyev Raqif Rakif oğlu (cild 19, səh: 78-81) isə İsmayılov Rəvan Mətləb oğlunun və Qəhrəmanov Baxşəli Abdulla oğlunun ifadələrini təksib ediblər. Buna baxmayaraq, istintaq orqanı İsmayılov Rəvan Mətləb oğlunun və Qəhrəmanov Baxşəli Abdulla oğlunun ifadələrini əsas götürüb, Həsənov Mehman Telman oğlunun və Mirzəyev Raqif Rakif oğlunun ifadələrini isə nəzərə almayıb və həmin şəxslərin adlarını şahidlər siyahısına daxil etməyib. Buna görə də adlarını çəkdiyimiz həmin şəxslərin də məhkəməyə şahid qismində çağırılması vacibdir.
Məhkəmə adıçəkilən şəxslərdən  İ.Süleymanovla eyni kamerada saxlanlan Rəvan İsmayılovun şahid qismində ifadə verməsi üçün vəsatəti təmin edib.
Rəvan İsmayılov məhkəmədə online qaydada ifadə verib. 
Şahid ifadəsində bildirib ki, İlkin Süleymanovla eyni kamerada  qaldığı müddətdə Nərmin Quliyevanı qətlə yetirdiyini "etiraf" edib. Bundan başqa, o, yuxuda olarkən də hadisəni törətməyi barədə sayıqlayırmış.
"İçəridə İlkinlə yaxın  münasibətimiz yarandı. O, dünyagörüşlərimiz yaxın olduğuna görə, təcridxanada yalnız mənimlə danışırdı, dərdləşirdi.  Mənim Nərmin yaşda baclm olduğuna görə, hadisə mənə pis təsir edirdi.  Kamerada hər həs öz cinayəti haqqında danışırdı. İlkin isə özünəqapalı idi.  2020-ci ilin fevral ayının ortalarında cinayət törətməsi ilə bağlı mənə etiraf etdi.  Lakin bu hadisəni niyə törətdiyi haqda heç nə deməyib. Gecələr yatarkən əl-qol hərəkəti ilə sayaqlayaraq “Nərmini mən öldürmüşəm” deyirdi. Sayıqlamaları zamanı Mətanət və Vəfadar adlı  şəxslərin adlarını çəksə də, onların kim olduğunu bilmirəm. Birlikdə qaldığımız müddətdə ata-anasına qarşı da dəfələrlə təhqiramiz ifadələr işlədirdi. Amma ümumilikdə onu mədəni və intellektli şəxs kimi tanımışam.  Hər gün havalandırmada birlikdə gəzirdik. Sonra o dedi ki,  vəkillərim məni çıxardacaq, bəraət alacam. Hətta palratlarlarını yığışdırdı. Bu mənə pis rəsir etdi.  Nərmin yaşda bacım var, ona görə düşündüm və bir müddət sonra - dekabr ayında İlkinin etirafı barədə müvafiq qurumlara könüllü məlumat verdim".
Dövlət ittihamçısı Müşviq Rəhimov, müdafiəçilər və hakim Dadaş İmanov şahidə ziddiyyətləri aradan qaldırmaq məqsədi ilə suallar verib.
Daha sonra məhkəmə yerindəcə məşvərətə gedib və prosesi qismən qapalı elan edib.
İki saat qapalı keçirilən prosesdə
şahidin ifadəsinə münasibət bildirən İlkin Süleymanov Rəvan İsmayılovun tamamilə yalan danışdığını, ona heç vaxt belə bir məzmunda etiraf etmədiyini deyib. Təqsirləndirilən şəxs bildirib ki, təcridxanada xüsusi nəzarətdə saxlanılıb. 
Təqsirləndirilən şəxsin vəkilləri də şahidin ifadəsində səmimi olmadığını deyiblər. İ.Süleymanovun vəkili Əlibaba Rzayev prosesdən sonra Azadmediatv.com-un suallarını  cavablandırarkən bildirib ki,  2020-ci il yanvarın 23-də İlkin Süleymanov barəsində həbs-qətimkan tədbirindən verilən apellyasiya şikayətinə baxılıb. Həmin vaxt da təqsirləndirilən şəxs günahsız olduğunu deyib: "Necə ola bilər ki, bir ay sonra hadisəni törətməsini etiraf edib?".
İlkin Süleymanov özü də şahiddən etiraf edən zaman deyil, üstündən xeyli müddət keçəndən sonra məlumat verməsinin səbəbini soruşub. Şahid suala cavab verməyib.
Azad Media TV-nin araşdırması nəticəsində məkum olub ki,  prosesdə ifadə verən məhkum, Göyçay rayon sakini Rəvan İsmayılov dələduzluqda təqsirli bilinərək 9 il azadlıqdan məhrum edilib.

Proses  aprelin 22-də davam etdiriləcək.
Qeyd edək ki, 48-yaşlı İlkin Süleymanov Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələri ilə ittiham olunur. Lakin o, azyaşlının ölümünə aidiyyəti olmadığını deyir. İlkin Süleymanovun ifadəsindəki etirafa gəlincə, o bildirib ki, 2020-ci il yanvarın 6-dan 10-dək Tovuz Rayon Polis Şöbəsində işgəncəyə məruz qalıb. Dörd gün sonra ağır  işgəncələrə və valideynləriylə təhdid edilməsinə dözməyərək, etiraf ifadəsinə imza atmağa məcbur olub. Baş Prokurorluq isə onun işgəncə iddialarını təkzib edib. Vəkillərin bu barədə şikayətlərinə cavab olaraq, işgəncə faktının təsdiqini tapmadığı bildirilib.
Süleymanovun ittiham olunduğu maddələrdə 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Xatırladaq ki, 2019-cu ilin noyabrın 19-dan itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini, 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti 2020-ci il yanvarın 6-da kənd ərazisində aşkar edilib. İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb.

İ.Süleymanov isə özünü təqsirli bilmir.

xxxxxxx

Aprelin 21-də saat  14:00-da Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Dadaş İmanovun sədrliyi ilə Tovuz rayonunun Dondar Quşçu kəndində azyaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə ittiham olunan İlkin Süleymanovun məhkəmə prosesi davam etdiriləcək.
Azadmediatv.com-un əməkdaşının məhkəmə prosesindən verdiyi xəbərə görə, prosesdə   vəkil Əlibaba Rzayevin məhkəməyə təqdim etdiyi vəsatətlərdən birində qeyd edilib ki,  Bakı İstintaq Təcridxanasında lkin Süleymanovla eyni kamerada saxlanılan təqsirləndirilən şəxslər, İsmayılov Rəvan Mətləb oğlu, Qəhrəmanov Baxşəli Abdulla oğlu, Həsənov Mehman Telman oğlu, Mirzəyev Raqif Rakif oğlu və Əliyev Eyvaz Tacir oğlu iş üzrə şahid qismində dindirilmiş, həmin şəxslərdən İsmayılov Rəvan Mətləb oğlu (cild-16, səh: 173-175) və Qəhrəmanov Baxşəli Abdulla oğlu (cild-19, səh:147-154) İlkin Süleymanovun əleyhinə ifadə vermiş, digər şahidlər isə, yəni Həsənov Mehman Telman oğlu (cild -18, səh: 248-251) və Mirzəyev Raqif Rakif oğlu (cild 19, səh: 78-81) isə İsmayılov Rəvan Mətləb oğlunun və Qəhrəmanov Baxşəli Abdulla oğlunun ifadələrini təksib etmişlər. Buna baxmayaraq, istintaq orqanı İsmayılov Rəvan Mətləb oğlunun və Qəhrəmanov Baxşəli Abdulla oğlunun ifadələrini əsas götürmüş, Həsənov Mehman Telman oğlunun və Mirzəyev Raqif Rakif oğlunun ifadələrini isə nəzərə almamış və həmin şəxslərin adlarını şahidlər siyahısına daxil etməmişdir. Buna görə də adlarını çəkdiyimiz həmin şəxslərin də məhkəməyə şahid qismində çağırılması vacibdir.
Məhkəmə adıçəkilən şəxslərdən üçünün şahid qismində ifadə verməsi üçün vəsatəti təmin edib.
Bu gün  saat 14:00-da həmin şəxslərin məhkəmədə online qaydada ifadə verəcəyi gözlənilir.
Prosesdən dərhal sonra məhkəmədə baş verənləri, Azad Media TV-nin youtube.com səhifəsindən canlı izləyicəksiniz. Geniş reportaj isə Azadmediatv.com-da yenilənəcək.

Qeyd edək ki, 48-yaşlı İlkin Süleymanov Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələri ilə ittiham olunur. Lakin o, azyaşlının ölümünə aidiyyəti olmadığını deyir. İlkin Süleymanovun ifadəsindəki etirafa gəlincə, o bildirib ki, 2020-ci il yanvarın 6-dan 10-dək Tovuz Rayon Polis Şöbəsində işgəncəyə məruz qalıb. Dörd gün sonra ağır  işgəncələrə və valideynləriylə təhdid edilməsinə dözməyərək, etiraf ifadəsinə imza atmağa məcbur olub. Baş Prokurorluq isə onun işgəncə iddialarını təkzib edib. Vəkillərin bu barədə şikayətlərinə cavab olaraq, işgəncə faktının təsdiqini tapmadığı bildirilib.
Süleymanovun ittiham olunduğu maddələrdə 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Xatırladaq ki, 2019-cu ilin noyabrın 19-dan itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini, 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti 2020-ci il yanvarın 6-da kənd ərazisində aşkar edilib. İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb.

İ.Süleymanov isə özünü təqsirli bilmir.

Gülnaz Qənbərli
Azadmediatv.com
Bakı-Gəncə-Bakı

 





OXŞAR XƏBƏRLƏR