60 hakim məhkəmə sistemindən kənarlaşdırılıb

60 hakim məhkəmə sistemindən kənarlaşdırılıb


Məhkəmə Şurasın fəaliyyəti dövründə qanunvericiliyin tələblərinin pozulmasına, o cümlədən insanlarda haqlı narazılıq doğuran hallara görə hakimlərin barəsində 300-dən çox intizam icraatı başlanıb.

Azadmediatv.com Şuraya istinadən verilən xəbərə görə, ciddi nöqsanlara yol verən 200-dək hakim müxtəlif əsaslarla məhkəmə sistemindən kənarlaşdırılıb.

Belə ki, korrupsiya hüquqpozmaları ilə bağlı 43 hakim intizam məsuliyyətinə cəlb edilib, 9 nəfərin isə səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib,  eləcə də 13 nəfər tutduğu vəzifədən azad olunub.

Fəaliyyətində bundan əvvəl peşəkar çatışmazlıqlar aşkar edilən hakimlərin fəaliyyəti təkrar qiymətləndirilib. Belə ki. onlardan dördünün fəaliyyətində dönüş yaratmadıqlarına görə səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi qərara alınıb.

Həmçinin, qanunvericiliyin tələblərinin pozduqları üçün apellyasiya məhkəmələrindən 4, Bakı Ağır Cinayətlər Məhkəməsinin 3 hakimi intizam məsuliyyətinə cəlb olunub.
Bundan başqa, korrupsiyaya şərait yaradan hüquqpozmalara, süründürməçiliyə və digər kobud qanun pozuntularına yol verilməsinə görə birinci və apellyasiya instansiyası məhkəmələrinin 12 hakiminin barəsində intizam icraatı başlanılıb.
Məhkəmə-Hüquq Şurasına, o cümlədən dövlət başçısının Fərmanına əsasən Şurada yaradılmış “Qaynar Xəttə” daxil olan müraciətlərin araşdırılması nəticələri üzrə vətəndaşların haqlı narazılığını doğuran pozuntulara yol verdiklərinə görə təkcə ötən il 130-dan çox hakimə rəsmi xəbərdarlıq edilib. Bu, onların fəaliyyətlərinin qiymətləndirilməsində nəzərə alınıb və təkrar belə pozuntulara yol verildiyinə görə isə intizam icraatları başlanılıb.

Qeyd edək ki, son üç ildə  70-dək intizam icraatı başlanıb, 60 hakim isə məhkəmə sistemindən kənarlaşdırılıb.

Azadmediatv.com
 





OXŞAR XƏBƏRLƏR