Fərid Abdinov həbs edilib

Fərid Abdinov həbs edilib

Milli Fədailər Hərakatının mətbuat katibi Fərid Abdinov həbs edilib.

Azadmediatv.com-a DİN-in mətbuat ximətindən  verilən məlumata görə, vətəndaşlar Ü.Əsədova, K.İsmayılova və E.Eynullayev Daxili İşlər Nazirliyinə müraciət edərək Bakı şəhər sakini Fərid Abdinovun onlara müxtəlif vədlər verərək etibarlarından sui-istifadə etməklə külli miqdarda pul vəsaitlərini ələ keçirdiyini bildiriblər.

Məlumatda boldirilib ki, vətəndaşların şikayətləri araşdırılıb və onların Fərid Abdinov barəsində qeyd etdikləri qanunsuz əməllər öz təsdiqini tapıb.

Belə ki, faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanmış, Fərid Abdinova ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. İstintaqla müəyyən edilib ki, Fərid Abdinov dələduzluq yolu ilə zərərçəkənlərin ümumilikdə 178 min manat pulunu ələ keçirib.

Məlumatda bildirilib ki, Fərid Abdinovun qanunsuz əməllərindən zərərçəkən digər vətəndaşlar varsa, bu barədə DİN-in “102” Xidməti - Zəng Mərkəzinə, ərazi polis orqanlarına və nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.

Azadmediatv.com




OXŞAR XƏBƏRLƏR