Məktəbdə rüşvət QALMAQALI: Direktorun səsyazısı yayıldı

Məktəbdə rüşvət QALMAQALI: Direktorun səsyazısı yayıldı

Sumqayıtda 26 saylı tam orta məktəbdə direktorun rüşvət tələbi qalmaqala səbəb olub.

Azadmediatv.com xəbər verir ki, bu haqda “Xəzər Xəbər” sujet  də hazırlayıb. 

Bildirilib ki, sözügedən məktəbin direktor və müavini səsli mesaj göndərərək məktəbin pedaqoji kollektivindən pul istəyiblər. Onlar bu məqsədlə  hər kəs üçün isə fərqli məbləğ tələb ediblər.  Səs yazısı yayılan direktor və müavini barəsində ciddi addımların atıldığı da bildirilir.

Bu səs yazısında direktor təhsil müəssisəsi üçün müəyyən məbləğin yığılmasını tələb edir. Hətta bunun tapşırıq olduğunu da deyir. Qalımaqala səbəb olan səs yazısı Sumqayıt şəhərindəki məktəblərin birində yayılıb.

Səs yazısı yayılan direktorun  26 saylı tam orta məktəbin  direktoru Arzu Şükürova olduğu iddia edilir. Direktor guya Gigeana və Epidemologiya şöbəsinin məktəbə gəldiyini və onlara cərimə yazadığını bildirir. Qarşılığında isə yığılan vəsaitin onlara verilicəyini deyir. 

Faktı Sumqayıt şəhər Təhsil şöbəsi də təsdiqləyib. Qurumdan həmin məktəbdə yayılan səsin həqiqətən Arzu Şükürovaya aid olduğu müəyyənləşdirilib. Verilən qərara əsasən, direktor Arzu Şükürova və təhsil müəssisəsinin təsərrüfat işləri üzrə direktor müavini tutduğu vəzifədən azad ediliblər.

Azadmediatv.com





OXŞAR XƏBƏRLƏR