Oğurluqda ittiham edilən

Oğurluqda ittiham edilən "Robin Qud sindromu"ndan əziyyət çəkən alpinistin anası prezidentə müraciət edib

 Bakıda ruhi xəstəyə prokuror ən ağır cəza istəyib

Alpinizm üsullarından istifadə edərək, paytaxtda müxtəlif imkanlı şəxslərin  evlərdən 2 milyon AZN məbləğndə oğurluq etməkdə təqsirləndirilən Cavid Süleymanov və Əhməd Əhmədovun cinayət işi üzrə məhkəmə prosesində prokuror çıxış edərək onlara qanunda nəzərdə tutulan cəzanın maksimumun tələb edib.  
Azadmediatv.com
xəbər verir ki, "Robin Qud sindromu"ndan əziyyət çəkən, psixikasında problemlər olan  təqsirləndirilən C.Süleymanovun anası Solmaz Süleymanova  prezident İlham Əliyev, I Vitse-prezident Mehriban Əliyeveva, Baş Prokuror Kamran Əliyev və Ombudsman Səbinə Əliyevaya müraciət ünvanlayıb. 
S.Süleymanova müraciətində bildirib ki, oğlu uşaqlıqdan psixi xəstəliklərdən əziyyət çəkir.  Müraciəti olduğu kimi təqsim edirik:
 "Cənab İlham Əliyev,

Oğlum Cavid Süleymanovun CM-nin 177.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi hakim Zeynal Ağayevin sədrliyi ilə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılması sona gəlib və dövlət ittihamçısı ona 9 il 6 ay cəza təyin edilməsini tələb edib.

Məhkəmənin gedişindən və ona tələb edilən bu cəzadan qətiyyən razı deyiləm!!! 

Belə ki, Cavidin vəkili vəsatət verərək bildimişdir ki, iş materiallarında olan sənədlər Cavidin "Bipolyar affektiv pozuntu" və digər ciddi psixi xəstəliklərdən əziyyət çəkdiyini təsdiq edir. Bu səbəbdən onun barəsində təkrar stasionar məhkəmə-psixiatrik komisyon ekspertizasının təyin edilməsini xahiş etsə də, məhkəmə əsassız olaraq bu vəsatəti rədd etmişdir. 

Bundan başqa, vəkil, digər vəsatət verərək bildirmişdir ki, məhz, bu psixi xəstəliklə əlaqədar olaraq, Cavid cinayətlərin törədildiyi dövrdə ondan əvvəl və ondan sonra da tanımadığı şəxslərə əvəzsiz olaraq maddi yardımlar etmiş və müxtəlif əşyalar bağışlamışdır. Bunu əsas götürərək, vəkil Cavidin psixi durumuna dair obyektiv qiymət verilməsində köməklik edə biləcək və onun maddi yardımları barədə məhkəməyə ifadə verməyə razılığını bildirmiş şəxslərin dindirilməsini məhkəmədən xahiş etsə də, məhkəmə bu vəsatəti də əsassız olaraq rədd etmişdir. 

Bundan başqa, vəkil, digər vəsatət verərək bildirmişdir ki, "Bipolyar affektiv pozuntu" psixi xəstəliyinin növü və mərhələlərinin müəyyən edilməsi digər psixi xəstəliklərə kifayət qədər mürəkkəb olmasını, habelə Cavidin digər psixi xəstəliklərdən də əziyyət çəkdiyini nəzərə alaraq, onun barəsində məhkəmə-psixiatrik ekspertizanın Ambulator qaydada aparılması yolverilməzidir. Məhz, bu səbəbdən bu ekspertizanın rəyi sübut kimi yolverilməz olduğu üçün məhkəmə baxışından xaric edilməlidir, lakin məhkəmə bu vəsatəti də əsassız olaraq rədd etmişdir.

 Bundan başqa, vəkil, digər vəsatət verərək Səfərbərlik və Hərbi xidmətə çağırış üzrə Dövlət xidmətindən aldığı sənədləri məhkəməyə təqdim etmiş və bu faktın nəzərə alınmasını xahiş etmişdir. Bu sənədlərdən də müəyyən olunur ki, uzun müddət ambulator qaydada nevropatoloqun və loqopedin nəzarəti altında effektsiz müalicə almış Cavid 3-cü qrup əlildir və dinc dövrdə hərbi xidmətə yararsızdır. Lakin məhkəmə bu faktı da nəzərə almamış və bu vəsatəti də əsassız olaraq rədd etmişdir.

 Bundan başqa, vəkil, digər vəsatət verərək Cavidin uşaqlıqdan kəkələmə yüksək dərəcəli nitq pozğunluğu ilə bağlı 3-cü qrup əlil olmasına dair TSEK-in müayinə aktının sürətini məhkəməyə təqdim etmiş və bu faktın nəzərə alınmasını xahiş etmişdir. Lakin məhkəmə bu faktı da nəzərə almamış və bu vəsatəti də əsassız olaraq rədd etmişdir. 
Bundan başqa, vəkil, Bakı İstintaq Təcridxanasının 19.10.2021-ci il tarixli Xasiyyətnaməsini də məhkəməyə təqdim etmiş və bu faktın nəzərə alınmasını xahiş etmişdir. bu xasiyyətnaməyə əsasən, Cavid özünə məxsus olan və yaxud digər əşyaları bölüşməyə, paylaşmağa meyllidir və o özünə xəsarət və qəsdə meylli şəxs kimi qeydə alınmışdır. 

Bundan başqa, vəkil, psixiatriya sahəsində 30 illik iş təcrübəsinə malik həkim psixiatr Azad İsazadənin rəyini də məhkəməyə təqdim etmiş və bu faktın nəzərə alınmasını xahiş etmişdir. Bu rəydən müəyyən olunur ki, cinayətlərin törədildiyi dövrdə və hazırda Cavidin anlaqsız vəziyyətdə olmasının ehtimalı yüksəkdir. Lakin məhkəmə bu faktı da nəzərə almamış və bu vəsatəti də əsassız olaraq rədd etmişdir. 

Cənab Prezident,

Göründüyü kimi, oğlum ağır və müalicəsi praktiki olaraq mümkün olmayan xroniki psixi xəstəlikdən əziyyət çəksə də, onun cinayətlərin törədildiyi dövrdə və hazırda da anlaqsız vəziyyətdə olmasının ehtimalı yüksək olsa da, o ilk dəfə cinayət törətsə də, onun anlaqlı olub- olmamasını müəyyən etmək əvəzinə, məhkəmə və ittihamçı tez-tələsik onu ən ağır cəza ilə cəzalandırmaq istəyirlər. Bunu yolverilməz və obyektivliyə zidd hesab edirəm. 

Buna görə də, xahiş edirəm ki, Cavidin barəsində hökmün çıxarılması dayandırılsın və onun Bipolyar affektiv pozuntu və digər ciddi psixi xəstəliklərdən əziyyət çəkdiyini təsdiq edən faktları nəzərə alaraq Cavidin barəsində təkrar stasionar məhkəmə-psixiatrik komisyon ekspertizasının təyin edilsin. 

Cənab Prezident,

Ədalətinizə siğınaraq, Sizdən xahiş edirəm, dərin  psixi problemlərdən əziyyət çəkən Cavidin işinin yenidən araşdırılması üçün  istintaqa qaytarılması üçün məsələni öz nəzarətinizə götürəsiniz. İnanıram ki, psixi xəstənin sağlam cətəbdaş kimi mühakimə olunmasına imkan verməyəcəksiniz.

Qoşma: tibbi sənədlər 
Süleymanova Solmaz Səfər qızı
25.04.2022-ci il "
Qeyd edək ki, ittihama görə, Əhməd Əhmədov və Cavid Süleymanov Səhiyyə Nazirliyinin sabiq baş infeksionisti, Azərbaycan Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrasının müdiri olmuş Cəlal İsayev və Azərbaycan millisinin keçmiş yarımmüdafiəçisi Ceyhun Sultanovun da mənzilini qarət edib.

Xatırladaq ki, zərərçəkənlər arasında futbol üzrə Azərbaycan millisinin keçmiş futbolçusu Ceyhun Sultanov, uzun illər daxili işlər orqanlarında rəhbər vəzifələrdə çalışmış general-mayor Sahib Mirzəyevin oğlu Vüsal Mirzəyev də var. Cinayət işinin materiallarından məlum olub ki, alpinizm texnikası ilə mənzil oğurluqlarının üstü general oğlunun evində oğurluq baş verənlərdən sonra açılıb. İttihama əsasən, V.Mirzəyevə 167 min manat ziyan vurulub.
Azadmediatv.com
 




OXŞAR XƏBƏRLƏR