Zərərçəkmişlərdən ikisi  qeyri-adi oğurluq edən alpinist Cavid Süleymanovu bağışladı

Zərərçəkmişlərdən ikisi qeyri-adi oğurluq edən alpinist Cavid Süleymanovu bağışladı

Aprelin 28-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə "Robin Qud sindromu"ndan əziyyər çəkən, alpinizm üsullarından istifadə edərək, paytaxtda müxtəlif imkanlı şəxslərin  evlərdən 2 milyon AZN məbləğndə oğurluq etməkdə təqsirləndirilən Cavid Süleymanov və Əhməd Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. 
Azadmediatv.com
xəbər verir ki, digər təqsirləndirilən Əhməd Əhmədovun vəkili məhkəmədə iştirak etmədiyinə proses təxirə salınıb.

 Təqsirləndirilən Cavid Süleymanovun anası bildirib ki, zərərçəkənlrdn ikisi şikayətlərini geri götürüblər:

"Zərərçəkənlərdən Ceyhun Sultanov və Orxan Quliyev Cavidin xəstə olduğunu anlayışla qarşılayıb, Ramazan ayında ona qarşı təqdirəlaqiyıq jest etdilər. Allah köməkləri olsun, kaş digər zərərçəkənlər də bu addımı ataydılar.  Cavid "Bipolyar affektiv pozuntu" psixi xəstəliyindən əziyyət çəkir. Xəstəliyin bu növü və mərhələlərinin müəyyən edilməsi digər psixi xəstəliklərə kifayət qədər mürəkkəb olmasını habelə, Cavidin digər psixi xəstəliklərdən də əziyyət çəkdiyini nəzərə alaraq, onun barəsində məhkəmə-psixiatrik ekspertizanın Ambulator qaydada aparılması yolverilməzidir. Məhz,  bu səbəbdən bu ekspertizanın rəyi sübut kimi yolverilməz olduğu üçün məhkəmə baxışından xaric edilməlidir, lakin məhkəmə vəkilin  bu vəsatətini də əsassız olaraq rədd edib".

C.Süleymanovun vəkili Elmar Süleymanov isə bildirib ki,  Cavid bu problemlərinə görə, dəfələrlə müalicə alıb.
“Rəydə yazılıb ki, xəstəliyin intermissiya mərhələsindədir. Bu, müvəqqəti xarakter daşıyır. Bu xəstəliyin daşıyıcıları ağlagəlməz təhlükəli hərəkətlər edə bilər. Cavid Süleymanov 2020-ci ildə də psixi xəstəlikdən müalicə alıb. O, xəstəxanaya Təcili Tibbi Yardım tərəfindən yerləşdirilmişdi. Xroniki psixi xəstəlikdən əziyyət çəkdiyinə görə dəfələrlə müalicə olunsa da, durumu qənaətbəxş deyil. Həbsdə olduğu müddətdə xəstəliyi aktivləşib. Təsadüfi deyil ki, Bakı İstintaq Təcridxanasında da o, özünə xəsarət yetirməyə meylli şəxs kimi qeydiyyata götürülüb”, – deyə vəkil vurğulayıb.  Amma hakim vəkilin təkrar ekspertiza keçirilməsi haqda vəsatətini təmin etməyib. Ona bildirilib ki, istintaqdakı ekspertizanın rəyi tədqiq olunanda bu məsələyə baxıla bilər". 

Bu cinayət işi üzrə 8 nəfər zərərçəkmiş var: Emil Yusifli, Elçin Tağıyev, Ceyhun Sultanov, Vüsal Mirzəyev, Cəlal İsayev, Orxan Quliyev, Vasif Əliyev və Ağaşirin Əkbərovdur.
Adları çəkilən zərərçəkmişlərdən Ceyhun Sultanov keçmiş futbolçu, “Keşlə” futbol klubunun idman direktorudur. Cəlal İsayev ölkənin keçmiş baş infeksionisti (pandemiya dövründə vəzifəsindən azad edilib), Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrasının müdiridir. Vüsal Mirzəyev isə Daxili İşlər Nazirliyinin (DİN) Daxili Təhqiqatlar İdarəsinin sabiq rəisi, general Sahib Mirzəyevin oğludur. Sahib Mirzəyev həm də bir müddət əvvəl xidməti kabinetində özünü güllələyən 4-cü polis bölməsinin rəisi Rahib Mirzəyevin qardaşıdır. Yaş həddi ilə əlaqədar daxili işlər orqanlarından uzaqlaşdırılan Sahib Mirzəyev bir müddət əvvəl Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun müşaviri təyin edilib. General oğlunun Xətai rayonu ərazisində yerləşən evindən 7 min manat, 3 min dollar nağd pul və 150 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb. Ona ümumilikdə 167 min manat ziyan dəyib. Keçmiş baş infeksionistə 114 min manat, sabiq futbolçuya isə 5000 manat ziyan dəyib. Futbolçunun evindən xəz oğurlanıb.  Zərərçəkmişlərdən Elçin Tağıyevə 221 min, Vasif Əliyevə isə 196 min manat ziyan vurulub.
 

Məhkəmə mayın 6-da öz işini davam etdirəcək.

Qeyd edək ki,  ötən prosesdə prokuror çıxış edərək Cavid Süleymanova 9 il 6 ay, Əhməd Əhmədova isə 9 il cəza tələb edib. vəkillər müdafiə çıxışı üçün məhkəmədən vaxt istəyiblər.
Xatırladaq ki, Cavid Süleymanov və Əhməd Əhmədov Cinayət Məcəlləsinin 177.3.2 (külli miqdarda ziyan vurmaqla oğurluq) maddəsi ilə ittiham olunur. 

Azadmediatv.com




OXŞAR XƏBƏRLƏR