DİN Sumqayıtda baş vermiş yanğınla bağlı məlumat yayıb -(YENİLƏNİB)

DİN Sumqayıtda baş vermiş yanğınla bağlı məlumat yayıb -(YENİLƏNİB)

Daxili İşlər Nazirliyi Sumqayıtda baş vermiş yanğınla bağlı məlumat yayıb.

Azadmediatv.com-a DİN-dən verilən məlumata görə,  aprelin 28-də  Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsində yerləşən "Azərsun Sənaye Parkı”nın ərazisində yanğın baş verib.

Yanğınla bağlı dərhal polis əməkdaşları hadisə yerinə səfərbər olunubıat. Polis və FHN əməkdaşları ətraf mühit və insanlar üçün ciddi təhlükə yarada biləcək partlayıcı və zəhərli maddələri anbarlardan çıxararaq təhlükəsiz yerə daşıyıb, işçilərin təxliyyəsini təmin ediblər.

Hazırda polis əməkdaşları tərəfindən hadisə yeri mühafizə edilir.

xxxxxx

28 aprel, saat 21:40

Sumqayıtın  H.Z.Tağıyev qəsəbəsində yerləşən "Azərsun Sənaye Parkı”nın ərazisində yanğının söndürülməsi və həmin ərazinin yaxınlığında yaşayan sakinlərin təhlükəsizliyinin təmin olunması ilı bağlı zəruri tədbirlər davam etdirilir.

Azadmediatv.com - a hadisə yerindən verilən xəbərə görə, əhalinin təhlükəsiz ərazilərə evakuasiyasına başıanılıb.  Əlaqədar strukturlar problemin qısa zamanda aradan qaldırılması üçün səfərbər olunub, onlara lazımi tapşıırıqlar verilib.

Azadmediatv.com




OXŞAR XƏBƏRLƏR