NATO Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesini dəstəkləyir

NATO Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesini dəstəkləyir

Aprelin 28-də xarici işlər naziri Ceyhun Bayramov NATO Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xaviyer Kolominanı qəbul edib.

Azadmediatv.com xəbər verir ki, bu haqda XİN-nin Mətbuat Xidməti İdarəsindən məlimat verilib. 

Belə ki,  görüşdə tərəflər Azərbaycan və NATO arasındakı qarşılıqlı faydalı əməkdaşlıq məsələləri üzrə fikir mübadiləsi aparılıb.

Ceyhun Bayramov Azərbaycanın NATO ilə qarşılıqlı maraqlar və bərabərhüquqluluq əsasında tərəfdaşlığın davam etdirildiyini qeyd edib, xüsusilə də ölkəmizin Alyansın sülh əməliyyatlarında iştirakı təcrübəsinə istinad edib.

Nazir, bölgədə mövcud olan cari vəziyyət, xüsusilə də Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində atılan addımlar, sülh müqaviləsinin hazırlanması, sərhədin delimitasiyası, bütün kommunikasıyaların açılışı və etimad quruculuğu tədbirləri barədə qarşı tərəfə məlumat verib.

Xaviyer Kolomina NATO-nun Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesini dəstəklədiyini qeyd edib.

Görüşdə tərəflər, enerji təhlükəsizliyi, Azərbaycanın Fərdi Tərəfdaşlıq üzrə Fəaliyyət Planı, habelə qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Azadmediatv.com





OXŞAR XƏBƏRLƏR