Sumqayıtda hospitalizasiya olunan yanğınsöndürənin həyatına təhlükə yoxdur - TƏBİB
Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasında hospitalizasiya olunan yanğınsöndürən ambulator müalicə üçün buraxılıb, həyatı üçün heç bir təhlükə yoxdur.
Azadmediatv.com xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb. Məlumatda bildirilir ki, yanğında xəsarətalma halı ilə bağlı əlavə heç bir müraciət daxil olmayıb.
Qeyd edək ki, Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları hadisə yerindədir.
Azadmediatv.com