Ələtdə zavodlardan birində qaz sızmasından partlayış  baş verib

Ələtdə zavodlardan birində qaz sızmasından partlayış baş verib

Bakının Qaradağ rayonunda yerləşən  zavodda xəsarətlə nəticələnən partlayış hadisəsi baş verib.

Azadmediatv.com xəbər verir ki, hadisə  Ələt qəsəbəsindəki zavodlardan birində qaz sızması nəticəsində  yaranıb. Partlayış zamanı fəhlə, 2001-ci il təvəllüdlü Həsənov Qulu Tural oğlu müxtəlif bədən xəsarətləri alıb.

Yaralı Təcili Tibbi Yardım Xidmətinin köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona  bədənin döş və qarın nahiyəsinin küt travması, sol qolun sınığı diaqnozları təsbit edilib. 

Hadisənin  baş vermə səbəbləri araşdırılır.

Azadmediatv.com




OXŞAR XƏBƏRLƏR