Azərbaycanda qüvvədə qalan karantin  QADAĞALARI  - SİYAHI

Azərbaycanda qüvvədə qalan karantin QADAĞALARI - SİYAHI

 

Mayən 1-dən etibarən, Azərbaycan ərazisində maska tələbi ləğv edilib.

Azadmediatv.com xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti aprelin 22-də qərar verib. Lakiin maska tələbinin ləğv edilməsinə baxmayaraq, Azərbaycanda bəzi karantin qadağaları qüvvədə qalmaqdadır.

Siyahını  təqdim edirik:

1. 2020-ci il 28 fevral tarixindən tətbiq edilmiş xüsusi karantin rejimi hələ də davam edir. Bu müddət  1 iyul 06:00-dək uzadılıb. 

2. Azərbaycanın quru sərhədləri hələ ki bağlıdır. 2020-ci il martın 4-də ilk olaraq İranla sərhəd iki həftəlik qapadıldı. Buna səbəb isə ölkə ərazisində ilk virusa yoluxmuş şəxsin (fevralın 28-də təsbit olunub – red.) İrandan gəlməsi idi. Sonra isə tədricən digər quru sərhədlər də qapandı.

3. 2022-ci il fevralın 1-dən etibarən dövlət orqanlarının əməkdaşlarının, mülkiyyət formasından asılı olmayaraq bütün tibb, əczaçılıq, elm və təhsil müəssisələrinin, iş və xidmət sahələri işçilərinin COVID-19-a qarşı ən azı iki doza peyvənd olunmaları və ya iki COVID-19-dan sağalaraq immunitetə malik olmaları barədə təsdiqedici sənədi, yaxud COVID-19-a qarşı peyvəndə əks-göstərişi müəyyən edən əks-göstəriş sertifikatının olması tələb edildi.

4. Fevralın 15-dən COVID-19 vaksininin ikinci dozasının üzərindən 6 aydan çox vaxt keçən şəxslərin "Peyvənd sertifikatı" etibarlı hesab edilmir. “Buster” doza vaksin olunmayanlar ictimai iaşə müəssisələri (kafe, restoran və s.) mehmanxanalar, iri ticarət mərkəzləri, idman və sağlamlıq-bərpa obyektləri, toy və ya digər şənliklər, ali təhsil müəssisələri və kolleclərə buraxılmırlar.

Azadmediatv.com





OXŞAR XƏBƏRLƏR