Azərbaycanda Ramazan bayramıdır

Azərbaycanda Ramazan bayramıdır

Mayın 2-si və 3-ü Azərbaycanda Ramazan bayramıdır.

Azadmediatv.com  xəbər verir ki, Azərbaycanda Ramazan ayı aprelin 2-də başlayıb. Şəvval ayının 1-i, yəni mayın 2-də Ramazan (Fitr) bayramıdır.  Qazılar Şurasının qənaətinə görə, Ramazan bayramında adambaşına 10-15 manat fitrə zəkatının verilməsi məsləhət görülür.

Əjdərbəy məscidi və ya Göy məscid kimi şəhərin əsas məscidlərində bayram namazı mayın 2-si saat 09:00-da, Təzə Pir məscidində isə saat 10:00-da qılınacaq.

Xatırladaq ki, koronavirus pandemiyası ilə əlaqədar bayram namazlarının ənənəvi qaydada qılınması məhdudlaşdırılmışdı. Bu il isə Ramazan bayramı namazı ənənəvi qaydada qılınacaq.

Ramazan bayramı ilə əlaqədar 2-3 may tarixləri Azərbaycanda qeyri-iş günüdür.

Azadmediatv.com 




OXŞAR XƏBƏRLƏR