"Təzə Pir” Məscidində QMİ rəsmiləri bayram namazına başlayıb - (YENİLƏNİB)

"Təzə Pir” Məscidində bayram namazına başlanılıb.
"Təzə Pir" Məscidində bayramı namazı Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) rəsmilərinin rəhbərliyi ilə başlanıb.

Azadmediatv.com xəbər verir ki,  bayram namazı Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) rəsmilərinin rəhbərliyi ilə qılınır. Belə ki,  bayram namazı “Təzə pir ” məscidində, saat 10.00-da başlanıb. Bundan əvvəl isə  saat 09:00-da "Əjdər bəy” Məscidində bayram namazı qılınıb.

Bayram namazında QMİ-nin rəsmiləri, bir sıra xarici ölkənin müsəlman vətəndaşları və yerli əhali iştirak edib. Bayram namazında insanlar Allaha dualar edib, günahlarınının bağışlanmasını diləyiblər.

Qeyd edək ki,  QMİ Qazılar Şurasının fətvasına əsasən Ramazan ayı bu il Azərbaycanda miladi təqvimlə aprelin 2-dəbaşlayıb. Eydül-Fitr (Fitr bayramı) isə miladi təqvimlə mayın 2-nə təsadüf edib.
 Azərbaycanda Ramazan ayı aprelin 2-də başlayıb. Şəvval ayının 1-i, yəni mayın 2-də Ramazan (Fitr) bayramıdır.  Qazılar Şurasının qənaətinə görə, Ramazan bayramında adambaşına 10-15 manat fitrə zəkatının verilməsi məsləhət görülür. Əjdərbəy məscidi və ya Göy məscid kimi şəhərin əsas məscidlərində bayram namazı mayın 2-si saat 09:00-da, Təzə Pir məscidində isə saat 10:00-da qılınıb.

Xatırladaq ki, koronavirus pandemiyası ilə əlaqədar bayram namazlarının ənənəvi qaydada qılınması məhdudlaşdırılmışdı. Bu il isə Ramazan bayramı namazı ənənəvi qaydada qılınacaq.
Ramazan bayramı ilə əlaqədar 2-3 may tarixləri Azərbaycanda qeyri-iş günüdür.





OXŞAR XƏBƏRLƏR