Volfqanq Maniq, Ceyms Şarp  və ABŞ-ın Azərbaycandakı səfirliyi müsəlmanlara  təbrik ünvanlayıb - (YENİLƏNİB)

Volfqanq Maniq, Ceyms Şarp və ABŞ-ın Azərbaycandakı səfirliyi müsəlmanlara  təbrik ünvanlayıb - (YENİLƏNİB)

ABŞ-ın Azərbaycandakı səfirliyi Ramazan bayramı münasibətiylə  müsəlmanlara  təbrik ünvanlayıb.

Azadmediatv.com xəbər verir ki, bu barədə səfirlik sosial şəbəkədəki səhifəsində paylaşım edib.

"Amerika Birləşmiş Ştatları bütün Azərbaycanlıları və dünyada Ramazan Bayramını qeyd hər kəsi müqəddəs Ramazan ayının bitməsi münasibəti ilə səmimi təbrik edir. Müsəlman amerikalılar ABŞ dövləti yaradılan gündən etibarən Amerika ailəsinin bir hissəsi kimi sayılıblar. Biz dünya müsəlmanlarının Ramazan ayı boyunca qeyd etdikləri mərhəmət, ailə, dostluq və xeyriyyə hisslərinə hörmətlə yanaşırıq. Ramazan Bayramınız Mübarək! ", - səfirlik bildirib.

xxxx

 

Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp Ramazan bayramını təbrik edib. Azadmediatv.com xəbər verir ki, bu təbriki  Britaniya səfiri "Twitter"dəki səhifəsində bildirib:

"Əziz dostlar, Ramazan bayramını qeyd edən hər kəsi təbrik edirəm. Ruzi-bərəkətli gözəl bayram arzulayıram" bildirib.

Almaniyanın Azərbaycandakı səfiri Volfqanq Maniq də Azərbaycan xalqının Ramazan bayramını təbrik edib. Bu barədə diplomat "Twitter"də paylaşım edib: "Ramazan bayramınız mübarək!".

Azadmediatv.com

 




OXŞAR XƏBƏRLƏR