Azərbaycan quru sərhədlərini bu tarixdə açacaq

Azərbaycan quru sərhədlərini bu tarixdə açacaq

"İstər pandemiyanın davam etdiyi dövrdə, istərsə də indi, qəbul olunan hər bir qərarın fəsadsız olması, onun nə dərəcədə elmi məntiqə istinad etməsindən asılıdır”.

Azadmediatv.com xəbər verir ki, bu haqda  t.e.d Musa Qəniyev quru sərhədlərin açılmamasına münasibət bildirərkən belə deyib:

"Uzun fasilədən sonra yüksək kontaquozluğun, RNT əsaslı viral infeksiya törədicilərinin genom strukturunda törətdiyi, induktiv xarakterli aqressiv mutatik substruktur dəyişikliyin, günəşin yay ekliptik vəziyyətindən mütləq fəsli aslılığını nəzərə alaraq, quru sərhədlər, may ayının 31-dən tez olmamaqla, iyun ayının birindən 22-dək, qeyri-şərtsiz olaraq açıla bilər və açılmalıdır”, - deyə professor əlavə edib.

Qeyd edək ki, bundan əvvəl  mayın 1-dən etibarən Azərbaycanın digər ölkələrlə quru sərhədlərini açacağı xəbərləri verilirdi. Bildirilmişdi ki, sözügedən məsələ ilə bağlı hökumət səviyyəsində müzakirələr bitib və yaxın günlərdə aidiyyəti qurumun rəsmi açıqlaması olacaq.

Azadmediatv.com




OXŞAR XƏBƏRLƏR