Varlılardan oğurlayıb kasıblara paylayan  azərbaycanlı Robin Quda son söz verilib

Varlılardan oğurlayıb kasıblara paylayan azərbaycanlı Robin Quda son söz verilib

Mayın 6-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə "Robin Qud sindromu"ndan əziyyər çəkən, alpinizm üsullarından istifadə edərək, paytaxtda müxtəlif imkanlı şəxslərin  evlərindən 2 milyon AZN məbləğndə oğurluq etməkdə təqsirləndirilən Cavid Süleymanov və Əhməd Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. 

Azadmediatv.com xəbər verir ki, digər təqsirləndirilən Əhməd Əhmədov və onun vəkili məhkəmədə  son söz deyiblər.

Ə.Əhmədov və vəkili məhkəmədən onun ilk məhkumluğunu, ailənin yeganə övladı, həmçinin subay olmasını, eləcə də sözügedən cinayətdə təqsirinin yalnız C.Süleymanova sürücülük etməsini nəzərə alıb,  cəzadan azad edilməsini xahiş ediblər.
Daha sonra C.Süleymanovun vəkili Elmar Süleymanov məhkəmədə müdafiə çıxışını edib.
E.Süleymanov çıxışında qeyd edib ki, müdafiə tərəfi dəfələrlə vəsatət verərək bildiib ki, iş materiallarında olan sənədlər C.Süleymanovun "Bipolyar affektiv pozuntu" və digər ciddi psixi xəstəliklərdən əziyyət çəkdiyini təsdiq edir:

"Bu səbəbdən onun barəsində təkrar stasionar məhkəmə-psixiatrik komisyon ekspertizasının təyin edilməsini xahiş etsə də, məhkəmə əsassız olaraq bu vəsatəti rədd edib.
 Bundan başqa, müdafiə tərəfi digər vəsatət verərək bildirib ki, məhz bu psixi xəstəliklə əlaqədar Cavid cinayətlərin törədildiyi dövrdə ondan əvvəl və ondan sonra da tanımadığı şəxslərə əvəzsiz olaraq maddi yardımlar edib və müxtəlif əşyalar bağışlayıb. Bunu əsas götürərək, müdafiə tərəfi Cavidin psixi durumuna dair obyektiv qiymət verilməsində köməklik edə biləcək və onun maddi yardımları barədə məhkəməyə ifadə verməyə razılığını bildirib, şəxslərin dindirilməsini məhkəmədən xahiş etsə də, məhkəmə bu vəsatəti də əsassız olaraq rədd edib.
 Bundan başqa, müdafiə tərəfi digər vəsatət verərək bildirib ki, "Bipolyar affektiv pozuntu" psixi xəstəliyinin növü və mərhələlərinin müəyyən edilməsi digər psixi xəstəliklərə kifayət qədər mürəkkəb olmasını habelə Cavidin digər psixi xəstəliklərdən də əziyyət çəkdiyini nəzərə alaraq, onun barəsində məhkəmə-psixiatrik ekspertizanın Ambulator qaydada aparılması yolverilməzidir. Məhz, bu səbəbdən bu ekspertizanın rəyi sübut kimi yolverilməz olduğu üçün məhkəmə baxışından xaric edilməlidir, lakin məhkəmə bu vəsatəti də əsassız olaraq rədd edib.
 Bundan başqa, müdafiə tərəfi digər vəsatət verərək Səfərbərlik və Hərbi xidmətə çağırış üzrə Dövlət xidmətindən aldığı sənədləri məhkəməyə təqdim edib və bu faktın nəzərə alınmasını xahiş edib. Bu sənədlərdən də müəyyən olunur ki, uzun müddət ambulator qaydada nevropatoloqun və loqopedin nəzarəti altında effektsiz müalicə almış Cavid 3-cü qrup əlildir və dinc dövrdə hərbi xidmətə yararsızdır. Lakin məhkəmə bu faktı da nəzərə almamış və bu vəsatəti də əsassız olaraq rədd edib. 
Bundan başqa, müdafiə tərəfi digər vəsatət verərək Cavidin uşaqlıqdan kəkələmə yüksək dərəcəli nitq pozğunluğu ilə bağlı 3-cü qrup əlil olmasına dair TSEK-in müayinə aktının sürətini məhkəməyə təqdim edib və bu faktın nəzərə alınmasını xahiş edib. Lakin məhkəmə bu faktı da nəzərə almamış və bu vəsatəti də əsassız olaraq rədd edib.
 Bundan başqa, müdafiə tərəfi Bakı İstintaq Təcridxanasının 19.10.2021-ci il tarixli Xasiyyətnaməsini də məhkəməyə təqdim etmiş və bu faktın nəzərə alınmasını xahiş edir, bu xasiyyətnaməyə əsasən, Cavid özünə məxsus olan və yaxud digər əşyaları bölüşməyə, paylaşmağa meyllidir və o özünə xəsarət və qəsdə meylli şəxs kimi qeydə alınıb. 
Bundan başqa, müdafiə tərəfi psixiatriya sahəsində 30 illik iş təcrübəsinə malik həkim psixiatr Azad İsazadənin rəyini də məhkəməyə təqdim etmiş və bu faktın nəzərə alınmasını xahiş edib. Bu rəydən müəyyən olunur ki, cinayətlərin törədildiyi dövrdə və hazırda Cavidin anlaqsız vəziyyətdə olmasının ehtimalı yüksəkdir. Lakin məhkəmə bu faktı da nəzərə almamış və bu vəsatəti də əsassız olaraq rədd edib.
 Bundan başqa, zərərçəkmiş şəxslər Sultanov Ceyhun Oqtay oğlu və Quliyev Orxan Ramiz oğlunun barışıq ərizələrindən də məlum olur ki, onlar Cavid Süleymanovu bağışlayır, Ona qarşı heç bir tələb, şikayət və ya iddiaları olmadığını bildirir və eyni zamanda onun barəsində etdikləri bütün şikayətlərindən və bütün, o cümlədən maddi və mənəvi ziyanla bağlı, tələblərindən könüllü olaraq imtina edirlər.
 Göründüyü kimi, Cavid Süleymanov ağır və müalicəsi praktiki olaraq mümkün olmayan xroniki psixi xəstəlikdən əziyyət çəksə də, onun cinayətlərin törədildiyi dövrdə və hazırda da anlaqsız vəziyyətdə olmasının ehtimalı yüksək olsa da, o ilk dəfə cinayət törətsə də, onun anlaqlı olub olmamasını müəyyən etmək əvəzinə məhkəmə buna obyektiv qiymət verməmiş, ittihamçı isə tez-tələsik onu ən ağır cəza ilə cəzalandırmaq istəyir. Bu cür cəzanı olduqca ağır, yolverilməz və obyektivliyə zidd hesab edirəm. 
Qeyd olunanları, habelə Cavid Süleymanovun "Bipolyar affektiv pozuntu" və digər ciddi psixi xəstəliklərdən əziyyət çəkdiyini təsdiq edən faktları nəzərə alaraq, hesab edirəm ki, işin obyektivliyi naminə hazırkı iş üzrə məhkəmə istintaqı təzələnməli və Cavid Süleymanov barəsində təkrar stasionar məhkəmə-psixiatrik komisyon ekspertizasının təyin edilməlidir".
"Zərərçəkənlərdən Ceyhun Sultanov və Orxan Quliyev Cavidin xəstə olduğunu anlayışla qarşılayıb, Ramazan ayında ona qarşı təqdirəlaqiyıq jest etdilər. Allah köməkləri olsun, kaş digər zərərçəkənlər də bu addımı ataydılar.  Cavid "Bipolyar affektiv pozuntu" psixi xəstəliyindən əziyyət çəkir. Xəstəliyin bu növü və mərhələlərinin müəyyən edilməsi digər psixi xəstəliklərə kifayət qədər mürəkkəb olmasını habelə, Cavidin digər psixi xəstəliklərdən də əziyyət çəkdiyini nəzərə alaraq, onun barəsində məhkəmə-psixiatrik ekspertizanın Ambulator qaydada aparılması yolverilməzidir. Məhz,  bu səbəbdən bu ekspertizanın rəyi sübut kimi yolverilməz olduğu üçün məhkəmə baxışından xaric edilməlidir, lakin məhkəmə vəkilin  bu vəsatətini də əsassız olaraq rədd edib".

Elmar Süleymanov  vəsatətlərini əsaslandıraraq bildirib ki,  C.Süleymanov bu problemlərinə görə, dəfələrlə müalicə alıb:
“Rəydə yazılıb ki, xəstəliyin intermissiya mərhələsindədir. Bu, müvəqqəti xarakter daşıyır. Bu xəstəliyin daşıyıcıları ağlagəlməz təhlükəli hərəkətlər edə bilər. Cavid Süleymanov 2020-ci ildə də psixi xəstəlikdən müalicə alıb. O, xəstəxanaya Təcili Tibbi Yardım tərəfindən yerləşdirilmişdi. Xroniki psixi xəstəlikdən əziyyət çəkdiyinə görə dəfələrlə müalicə olunsa da, durumu qənaətbəxş deyil. Həbsdə olduğu müddətdə xəstəliyi aktivləşib. Təsadüfi deyil ki, Bakı İstintaq Təcridxanasında da o, özünə xəsarət yetirməyə meylli şəxs kimi qeydiyyata götürülüb. Zərərçəkənlərdən Ceyhun Sultanov və Orxan Quliyev Cavidin xəstə olduğunu anlayışla qarşılayıb, Ramazan ayında ona qarşı təqdirəlaqiyıq jest etdilər. Allah köməkləri olsun, kaş digər zərərçəkənlər də bu addımı ataydılar". 

Proses mayın 13-də davam edəcək.

Qeyd edək ki, ittihama görə, Əhməd Əhmədov və Cavid Süleymanov Səhiyyə Nazirliyinin sabiq baş infeksionisti, Azərbaycan Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrasının müdiri olmuş Cəlal İsayev və Azərbaycan millisinin keçmiş yarımmüdafiəçisi Ceyhun Sultanovun da mənzilini qarət edib.

Xatırladaq ki, zərərçəkənlər arasında futbol üzrə Azərbaycan millisinin keçmiş futbolçusu Ceyhun Sultanov, uzun illər daxili işlər orqanlarında rəhbər vəzifələrdə çalışmış general-mayor Sahib Mirzəyevin oğlu Vüsal Mirzəyev də var. Cinayət işinin materiallarından məlum olub ki, alpinizm texnikası ilə mənzil oğurluqlarının üstü general oğlunun evində oğurluq baş verənlərdən sonra açılıb. İttihama əsasən, V.Mirzəyevə 167 min manat ziyan vurulub.
Azadmediatv.com
 




OXŞAR XƏBƏRLƏR