Azadlıq Radiosunun əməkdaşının boğazına bıçaq dirəyib

Azadlıq Radiosunun əməkdaşının boğazına bıçaq dirəyib "YAZMA" deyiblər

Azadlıq Radiosunun əməkdaşı, jurnalist Aytən Məmmədovaya bıçaqla hücum edilib. 

Azadmediatv.com xəbər verir ki, hadisə Binəqədi rayonu, 9 mikrorayon ərazisində baş verib. Belə ki, jurnalistə  silahlı hücum yaşadığı 9 mərtəbəli binanın blokunda həyata keçirilib.

Yaşadığı mənzilə qalxmaq üçün liftə daxil olan jurnalistə onun arxasınca içəri  girən tanımadığı şəxs qəflətən bıçağı boğazına dirəyib. Həmin şəxs jurnalisti  adını çəkmədiyi məhkəmə işinə görə hədələyib, bu proseslə bağlı yazmamasını tələb edib: 

“Mənə dedi ki, məhkəmə işi barədə yazmayım. Qızımla hədələdi, amma hansı iş barədə hədələdiyini demədi”.

Jurnalistin boğazında xəsarət izi var. Bu barədə DİN-in 102 xidmətinə məlumat verilib.

Azadmediatv.com-un əldə etdiyi məlumata görə, 2022-ci il aprel ayında jurnalistin ev telefonuna zəng edib özünü təqdim etməyən şəxs ona eyniməzmunlu hədə-qorxu gələrək dəstəyi asıb.

Qeyd edək ki, Azadlıq Radiosunun əməkdaşı Aytən Məmmədova BDU-nin jurnalistika fakultəsini bitirib, məhkəmə  sahəsində ixtisaslaşmış jutnalistdir. O, 1999-cu ildən bugünədək ölkədə baş verən qalmaqallı, siyasi və zorakılıqlarla bağlı yüzlərlə məhkəmə proseslərini ictimailəşdirib.

Xatırladaq ki, jurnalistin hazırda münrəzəm ictimailəşdirdiyi  məhkəmə proseslərindən biri də  Gəncə Ağır Cinayətlər Məhkəməsində  Tovuz rayonunun Dondar Quşçu kəndində azyaşlı Nərmin Quliyevanın oğurlanması, 47 gün sonra kənddə yandırılmış meyitin tapılmasıyla bağlı gedən məhkəmə işidir. Jurnalist sosial şəbəkələrdə İlkin Süleymanovun günahsız olması, təzyiqlərə məruz qalması ilə bağlı paylaşımlar edirdi.

 

Azadmediatv.com

 




OXŞAR XƏBƏRLƏR