3 gün əvvəl əmisi evimə gəldi ki, sərvaxt olun, Nərminin meyitini qapınıza atarlar - ŞAHİD (YENİLƏNİB)
07.06.2022, saat 20:29
İyunun 7-də saat 15:00-da Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Dadaş İmanovun sədrliyi ilə Tovuz rayonunun Dondar Quşçu kəndində azyaşlı Nərmin Quliyevanı amansızcasına qətlə yetirməkdə ittiham olunan İlkin Süleymanovun məhkəmə prosesi davam etdirilib.
Azadmediatv.com-un xəbərinə görə, prosesdə müdafiə tərəfinin 2022-ci il aprelin 20-də əlavə şahidlərlə bağlı məhkəmənin təmin etdiyi vəsatətdə adları çəkilən şəxslərdən 4 nəfəri sərbəst ifadə verib.
İstintaq orqanının öz təşəbbüsü ilə şahid qismində dindirilmiş Tovuz rayonununun Dondar Quşçu kənd sakini Nicat Eminov ifadəsində bildirib ki, 17 dekabr 2019-cu ildə sinif yoldaşının toyunda iştirak etmək üçün dostlarəula birlikdə BakıdanTovuz rayonunun Dondar Quşçu kəndində yaşayan babası İbrahim Süleymanovun evinə gəlib və toya geyinmək üçün, dayısına məxsus olan pencəklərdən birini götürmək məqsədi ilə həmin gün mərhum Nərmin Quliyevanın saxlanıldığı iddia edilən otağa daxil olub.
Lakin həmin vaxt orada heç kimi görməyib: “Dekabr ayının 15-də rayona toya getmişdim. Həmin gün Nərminin saxlanıldığı iddia edilən otaqda yoya getmək üçün Bakıdan gətirdiyim kostyumu geyinmək istəmişəm. Həmin otaqda bakıda yaşayan dayım Adil Süleymanovun pencəyini geyindim. Lakin anam və dostum dedi ki, əynimə kiçikdir. Ona görə də öz pencəyimi geyindim. Həmin vaxt Şərif Quliyev Şamilin mağazasının yanındaydı. Evə qalxıb-düşəndə onu mən və dostlarım dəfələrlə gördük. Yanımda dostlarım da varıydı. Həm də onlar da mənimlə biirlikdə babamgildə qaldılar. Onlar da buna şahiddirlər”.
Daha sonra şahid İ. Süleymanov 2020-ci il yanvarın 11-də sabiq polis rəsi Şirzad Əsgərovun və Bakıdan gələn istintaq qrupunun üzvünün babası İ. Süleymanovu təhqir etməsi və onu hədələdiyini deyib:
"Bakıdan gələn dedi ki, sənin oğlun azyaşlı qıza təcavüz edib, ona işgəncə verib, utanın danışmayın. Mən də bu təhqirlərə dözməyib dedim ki, bu mümükün deyil. Sonra Şirzad əsgərov gəldi. Mənə dedi ki, kənddən çıx, yoxs səni də dayının yanına göndərərərəm. Heç kim səni orada çıxara bilməz. Sonra da məni zorla avtobusa mindirib, Bakıya yola saldılar. Getdiyimə əmin olmaq üçün isə dəfələrlə sürücüylə əlaqə saxladılar".
Əlavə şahid qismində dindirilənlərdən Tovuz bazarında topdansatış paltar alveri edən satıcı Müslüm Əliyev də ifadə verib. Belə ki, İlkin Süleymanov Tovuz rayon Polis İdarəsində saxlanıldığı dövrdəqardaşı Bəhruz Süleymanov ona dəfələrlə paltar və yemək aparıb. Onun İlkinə apardığı paltarlar arasında isti alt paltarı da olub və o, həmin paltarı Tovuzda mağaza sahibi olan Müslüm Əliyevdən alıb.İşdə olan lifli materialların ekspertizası üzrə rəydə isə Nərmin Quliyevanın paltarları üzərində həmin alt paltarına da aid liflərin aşkar olunduğu qeyd olunub. Müdafiə tərəfi bunu mümkünsüz hesab edib. İbtidai istintaq tərəfindən bu faktla bağlı həmin şəxslərin ifadələri alınmadığına görə, həmin şəxslərin də məhkəmədə dindirilməsi vacib hesab edilib.
M.Əliyev məhkəmə heyətinin, müdafiəçilərin və dövlət ittihmçısının suallarını cavablandırarkən bildirib ki, həqiqətən də İlkin Süleymanov həbs olunandan iki gün sonra onun qardaşı Bəhruz Süleymanov bazara gəlib və onun mağazasından alt paltarları alıb: “Yanvar ayının 7-si Bakıdan qayıtmışdım, ertəsi gün İlkinin qardaşı Bəhruz mağazaya gəlib, onun üçün alt paltarı verməyimi istədi. Dedi ki, İlkin polisdədir, paltarları ora aparacağam. Hətta paltarların ölçüsünü də yoxladıq ki, İlkinin əyninə olar, yoxsa yox”.
Bəhruz Süleymanov da eyni epizod üzrə ifadə verib. O da alt paltarını qardaşı həbs olunduqdan sonra yanvarın 8-də Tovuz bazarında Müslümün dükanından aldığını deyib.
Məhkəmədə digət şahid kənd sakini Ürfət Əliyev də ifadə verib.
O bildirib ki, Nərmin Quliyevanın meyiti tapılmamışdan 2-3 gün əvvəl əvvəl əmisi Arif Quliyev bir neçə qohumuyla onlara gələrək Nərminin paltarının, ya ayaqqabısının onların qapısına atıla biləcəyini bildirib: “Nərminin meyiti tapılmazdan 2-3 gün əvvəl əmisi Arif bizə gəlib dedi ki, ola bilər Nərminin paltarını, meyitini ya da ayaqqabısını sizin qapıya atarlar. Gözdə-qulaqda olun, nəsə atsalar, bizə xəbər verin”.
Şahid Nərminin paltarının kiminsə qapısına atılacağını və ya öldüyünü Arifin haradan bilməsi ilə bağlı verilən sualların cavabını bilmədiyini də deyib.
İyunun 8-də proses davam etdiriləcək.
Qeyd edək ki, 48-yaşlı İlkin Süleymanov Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələri ilə ittiham olunur. Lakin o, azyaşlının ölümünə aidiyyəti olmadığını deyir. İlkin Süleymanovun ifadəsindəki etirafa gəlincə, o bildirib ki, 2020-ci il yanvarın 6-dan 10-dək Tovuz Rayon Polis Şöbəsində işgəncəyə məruz qalıb. Dörd gün sonra ağır işgəncələrə və valideynləriylə təhdid edilməsinə dözməyərək, etiraf ifadəsinə imza atmağa məcbur olub. Baş Prokurorluq isə onun işgəncə iddialarını təkzib edib. Vəkillərin bu barədə şikayətlərinə cavab olaraq, işgəncə faktının təsdiqini tapmadığı bildirilib.
Süleymanovun ittiham olunduğu maddələrdə 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.
Xatırladaq ki, 2019-cu ilin noyabrın 19-dan itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini, 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti 2020-ci il yanvarın 6-da kənd ərazisində aşkar edilib. İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb.
İ.Süleymanov isə özünü təqsirli bilmir.
xxxxxxxx
"Nərmin işi"nin şahidləri ifadə verəcək - ANONS
İyunun 7-də saat 15:00-da Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Dadaş İmanovun sədrliyi ilə Tovuz rayonunun Dondar Quşçu kəndində azyaşlı Nərmin Quliyevanı amansızcasına qətlə yetirməkdə ittiham olunan İlkin Süleymanovun məhkəmə prosesi davam etdiriləcək.
Azadmediatv.com-un xəbərinə görə, prosesdə müdafiə tərəfinin 2022-ci il aprelin 20-də əlavə şahidlərlə bağlı məhkəmənin təmin etdiyi vəsatətdə adları çəkilən şəxslər sərbəst ifadə verəcək.
Belə ki, məhkəmə prosesində hər kəsə qaranlıq qalan məqamlara aydınlıq gətiriləcək.
Əldə etdiyimiz məlumata görə, prosesdə müdafiə tərəfinin 4 şahidinə sərbəst ifadə verməsi üçün şərait yaradılacaq.
Prosesdən sonra İ.Süleymanovun yaxınlarının və müdafiəçilərinin keçirdiyi brifinqi Azad Media TV kanalı youtube üzərindən canlı yayımla izləyicilərinə təqdim edəcək. Məhkəmə prosesindən reportaj isə saytımızda ən qısa zamanda yerləşdiriləcək.
BİZİ İZLƏYİN...
Zəruri qeyd:
İlkin Süleymanovun hüquqlarını müdafiə edən vəkillər Əlibaba Rzayev, Zabil Qəhrəmanov və Murtuzəli Abbasov əlavə şahidlərin çağırılmasına dair vəsatətdə bildirib ki, hüquqlarını müdafiə etdiyimiz Süleymanov İlkin İbrahim oğlu Tovuz rayon Dondar Quşçu kənd sakini Quliyeva Nərmin Şərif qızının öldürülməsində təqsirli bilinərək, barəsində Cinayət Məcəlləsinin 120.2.4, 120.2.6, 120.2.9, 133.2.1, 133.2.4 və 144.4-cü maddələri ilə əsassız ittiham irəli sürülmüş və cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Hazırda həmin işə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılır. Cinayət işi üzrə ibtidai araşdırma zamanı çox sayda şahidlər dindriilmiş və digər müxtəlif istintaq hərəkətləri aparılmışdır. Lakin prokurorluq tərəfindən təqdim olunmuş, məhkəməyə çağırılmalı olan şəxslərin siyahısında ibtidai araşdırma zamanı dindirilən şahidlərin yalnız 33 (otuz üç) nəfərinin adı qeyd olunmuş, iş üzrə mühüm əhəmiyyət kəsb edən məlumatlara malik olan və ibtidai araşdırma zamanı ifadəsi alınmış çox sayda şahidlərin adları isə həmin siyahıya daxil edilməmişdir.
Aşağıda adları qeyd olunmuş şəxslərin məhkəməyə şahid qismində
çağırılmasını təmin edəsiniz:
1. Mirzəyev Raqif Rakif oğlu (ifadə verib)
2. Əliyev Eyvaz Tacir oğlu (ifadə verib)
3. Həsənov Mehman Telman oğlu (ifadə verib)
4. Qasımov Qurban Yaqub oğlu, Tovuz rayonunun Dondar Quşçu kənd
sakini ;
5. Novruzov Hümbət Qəşəm oğlu, Tovuz rayonunun Dondar Quşçu kənd sakini ; (rəhmətə gedib)
6. Abdullayev Aydın İbrahim oğlu, Tovuz rayonunun Dondar Quşçu kənd
sakini (ifadə verib)
7. Vəliyev Fazil Zakir oğlu, Tovuz rayonunun Dondar Quşçu kənd sakini ;
8. Eminov Nicat Elçin oğlu - Tovuz rayonunun Dondar Quşçu kənd sakini
9. Eminov Xansuvar Elçin oğlu - Tovuz rayonunun Dondar Quşçu kənd sakini (ifadə verib)
10. Abdıyev Arif Qəzənfər oğlu - Dondar Quşçu kəndinin sakini
11. Qurbanov Əbülfət Yaşar oğlu - Tovuz şəhəri, Eldəniz Quliyev küçəsi.
12. Süleymanov Bəhruz İbrahim oğlu – Dondar Quşçu kəndinin sakini;
13. Abdullayeva Anarə Vəlixan qızı - Tovuz rayonunun Dondar Quşçu kəndinin sakini ;
14. Məktəbli, Abdullayev Şamil Novruz oğlu – Dondar Quşçu kəndinin sakini;
15. Məktəbli, Kərimov Elmir Zöhrab oğlu - – Dondar Quşçu kəndinin sakini;
16. Məmmədova Laləzar İlham qızı - Dondar Quşçu kəndinin sakini (ifadə verib)
17. Əliyev Rüfət Hümbət oğlu - Dondar Quşçu kəmdinin sakini ;
18. Əliyeva Zahidə Oruc qızı - Dondar Quşçu kəmdinin sakini ;
19. Süleymanov Rüstəm Hüseyn oğlu - Dondar Quşçu kəndinin sakini; (ifadə verib)
20. Əliyev Gündüz Saleh oğlu - Dondar Quşçu kəndinin sakini;
21. Həsənov Hilal Tofiq oğlu – Dondar Quşçu kəndinin sakini;
22.Vəliyev Tofiq Qara oğlu - Dondar Quşçu kəndinin sakini;
23. Süleymanov Hüseyn Salman oğlu - Dondar Quşçu kəndinin sakini ;
24. İsmayılova Minayə İsmayıl qızı - Dondar Quşçu kəndinin sakini ;
25. Quliyev Ruslan Lətif oğlu - Dondar Quşçu kəndinin sakini ;
26. Abdullayeva Anarə Vəlixan qızı - Dondar Quşçu kəndinin sakini ;
27. Həsənov Rövşən Tapdıq oğlu - Tovuz rayonunun Dondar Quşçu kənd
sakini.
Qeyd edək ki, 48-yaşlı İlkin Süleymanov Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələri ilə ittiham olunur. Lakin o, azyaşlının ölümünə aidiyyəti olmadığını deyir. İlkin Süleymanovun ifadəsindəki etirafa gəlincə, o bildirib ki, 2020-ci il yanvarın 6-dan 10-dək Tovuz Rayon Polis Şöbəsində işgəncəyə məruz qalıb. Dörd gün sonra ağır işgəncələrə və valideynləriylə təhdid edilməsinə dözməyərək, etiraf ifadəsinə imza atmağa məcbur olub. Baş Prokurorluq isə onun işgəncə iddialarını təkzib edib. Vəkillərin bu barədə şikayətlərinə cavab olaraq, işgəncə faktının təsdiqini tapmadığı bildirilib.
Süleymanovun ittiham olunduğu maddələrdə 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.
Xatırladaq ki, 2019-cu ilin noyabrın 19-dan itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini, 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti 2020-ci il yanvarın 6-da kənd ərazisində aşkar edilib. İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb.
İ.Süleymanov isə özünü təqsirli bilmir.
Gülnaz Qənbərli
Azadmediatv.com
Bakı-Gəncə