Əvəz Hafizlinin qatilinin istintaqı yekunlaşıb

Əvəz Hafizlinin qatilinin istintaqı yekunlaşıb

 Əvəz Hafizlini qətlə yetirən əmisi oğlu Əmrulla Güləliyevin barəsində olan cinayət işi üzrə istintaq başa çatıb.

Azadmediatv.com-un xəbərinə görə, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işi materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Əli Məmmədovun icraatına verilib.

Qeyd edək ki, qətl hadisəsi  2022-ci il  fevralın 22-də  Sabunçu rayonu, Balaxanı qəsəbəsində baş verib. 24 yaşlı Əmrulla Güləliyev əmisi oğlu, həmyaşıdı Əvəz Şıxməmmədovun başını kəsərək və çoxsaylı bıçaq zərbəsi vurmaqla qətlə yetirib. İlkin araşdırmalar zamanı məlum olub ki, Ə.Güləliyev cinayəti törədərkən sərxoş vəziyyətdə olub. O, ifadəsində cinayəti aralarında yaranmış şəxsi mübahisə zəminində törətdiyini etiraf edib. Faktla bağlı Sabunçu rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlayıb. Ə.Güləliyev tutularaq istintaqa təhvil verilib.

Xatırladaq ki, Əvəz Hafizli bloger olub, həmçinin, sosial şəbəkələrdə yayılan məlumata görə, LGBT fəalı kimi tanınıb.

Azadmediatv.com





OXŞAR XƏBƏRLƏR