Şərif Quliyevin  istintaqa verdiyi ifadəsi

Şərif Quliyevin istintaqa verdiyi ifadəsi

Azadmediatv.com  ittiham aktına istinadən xəbər verir ki, şahid qismində dindirilmiş Quliyev Şərif Qəşəm oğlu istintaqa vermiş olduğu ifadəsində göstərib ki, o, ailəsi ilə birlikdə Tovuz rayonunun Dondar Quşçu kəndində yaşayır, Nərmin onun ortancıl qızı olmaqla kənd orta məktəbinin 5-ci sinif şagirdi olub. 20 noyabr 2019-cu il tarixdə qardaşı Arif Quliyevin qızı Günayın toy günüydü, həmin toy məclisində o, başda olmaqla ailəsinin bütün üzvləri, o cümlədən Nərmin də orada iştirak edib. Toy məclisi lazımi qaydada keçib, hər-hansı bir narazılıq olmayıb, toydan sonra o və ailə üzvləri evlərinə qayıdıb, toya gələn qonaqlar kənddə yaşayan anasının evinə gedib orada gecələyiblər.  21 noyabr 2019-cu il tarixdə səhər saat 07:00 radələrində yuxudan oyanıb, səhər yeməyi yedikdən sonra saat 08 radələrində arvadı Aynurə və qızları Şəbnəm, Nərmin və Şəhanə evdən çıxıblar. Arvadı işə, qızları isə məktəbə gediblər. Həmin gün saat 12 radələrində evdə ev işləri ilə məşğul olarkən Nərmin məktəbdən gəlib, onun kefi yaxşı olub, hər-hansı bir problem barəsində ona bir söz deməyib. Nərmin günorta yeməyini yedikdən sonra qardaşı Arifin onda olan gödəkçəsini sonuncuya qaytarılması və özünün kənddə yaşayan qardaşı Lətifin evində olan gödəkçəsini  götürməsi üçün Nərminin qardaşı Arifin evinə getməsini  tapşırıb. Belə ki, 20 noyabr 2019-cu il tarixdə qardaşı Arifin qızı Günayın toyuna getmək üçün onun daha təmiz və səliqəli olan gödəkçəsini istəyib və Arif həmin gödəkçəni ona veribdir. O da özünün köhnə gödəkçəsini Lətifin evinin hamamında saxlayıb. Nərminə əmisinin evinə getməsini bildirdikdən sonra məktəbdən gələn bacısılarını gözləməsini deyib, az bir müddətdən sonra, təxminən saat 13 radələrində qızları Şəbnəm və Şəhanə məktəbdən evə gəlib, sonra Nərmin ona xəbər verərək  20 noyabr 2019-cu il tarixdə toya geydiyi gödəkçəni göy rəngli selofan paketə qoyaraq evdən tək çıxıbdır. Nərmin evdən çıxan zaman üstündə rəngini xatırlamadığı yun sviter, qırmızı gödəkçə, qırmızı papaq, yun materialdan hazırlanmış kolqotka, yaşıl rəngli ayaqqabı, qulaqlarında qızıl sırğa olub. Nərmin evdən təxminən saat 14 radələrində çıxıb  və əlində icərisində gödəkçə olan selofan paketi ilə tək qardaşı Arifin evinə gedir. Arifin evi kəndin aşağısında, onun yaşadığı evdən təxminən 1000 metr məsafədə yerləşir. Adətən, uşaqlar və özü bu yolu, 20 dəqiqəyə qət edirdilər. Evdən çıxan qızı Nərminin dalınca baxan müddət ərzində onun kiminləsə əlaqədə olduğunu, söhbət etdiyini görməyib Təxminən 1 saat müddətində Nərminin qayıtmamasını görərək böyük qızı Şəbnəmi onun dalınca göndərib, təxminən bir saatdan  sonra Şəbnəm evə qayıdaraq Nərminin Arif əmisinin evinə getməsini, ona verilən gödəkçəni Arifə verdiyini, daha sonra isə qardaşı Lətifin evinə keçərək atasının gödəkçəsini götürüb evdən çıxdığını bildirib. O və Şəbnəm öz aralarında söhbət edərək Nərminin ana nənəsinin kənddə olan evinə getməsini fikirləşiblər. Həmin vaxt istifadəsində olan telefonun konturu olmadığından qayınanası və qayını Rəşadət İsmayılova zəng edə bilməmiş, Nərminin axtarışı ilə məşğul olmamış, çünki qayınanasının evində olmasını az bir müddətdən sonra evə qayıdacağını düşünüb. Ona görə də bu barədə heç kimə, o cümlədən də, işdə olan arvadına bildirməyib. Bundan sonra qardaşı Arifin evinə gedib, saat 19-00 radələrində təxminən 12 nəfər, qardaşları Yusif, Lətif və Arifin qonşuları 4 maşına minərək Arifin yeni qudasının rayonun Aşağı Quşçu kəndində olan evinə "ciyər axşamı" adlanan qonaqlığa gediblər. Orada olarkən o, üç nəfərə bir 0,5 litr  butulka araq içib, təxminən saat 21:30 radələrində evə qayıdıb, evdə qızları Şəbnəm və Şəhanə, işdən gələn arvadı Aynurə olub, Nərmin isə evdə olmayıb. Bundan sonra o, qızı Şəbnəmlə birlikdə kənddə yaşayan qayınanası Minayə İsmayılovanın evinə gedib, orada onlara məlum olib ki, Nərmin həmin gün onlara gəlməyib, onların da Nərminin harada olmağı barədə xəbəri olmayıb. Bundan sonra Şəbnəmlə qardaşı Lətifin evinə gedib, bundan sonra Nərmini tapa bilmədiyimə görə istifasində olan 050-4.... nömrəli mobil telefondan Azərbaycan Respublikası DİN-nin "102" xidmətinə zəng edərək Nərminin itkin düşməsi barədə xəbər verib. Şərif Quliyev həmçinin göstərib ki, itkin düşənə qədər qızı Nərmin məktəbdə oxuyan sinif yoldaşları, məktəbin digər şagirdləri, kənddə yaşayanlarla hər-hansı bir problemləri olmayıb, kimlərin isə ona hədə-qorxu gəlməsi barədə nə ona, nə də ki anasına hər-hansı bir məlumat verməyib. Özünün və ailə üzvlərinin, o cümlədən kənddə yaşayan bacı və qardaşları, həmçinin digər yerlərdə yaşayan qohumlarının heç kimlə düşmənçiliyi və  ədavətləri olmayıb.  
Tovuz rayonun Dondar Quşçu kənd sakini İlkin Süleymanovu uşaqlıq illərdən tanıyır, onunla kənd orta məktəbində bir sinifdə oxuyub, aralarında normal münasibətlər olub, heç bir vaxt aralarında düşmənçilik və  ədavətləri olmayıb. 
İlkin Süleymanovun əmisi oğlu Murad Sülyemanovu Dondar Quşçu kənd sakini kimi tanısa da, lakin aralarında yaxın, dostluq münasibətləri olmayıb. 06 yanvar 2020-ci il tarixdə günorta saat 14-15 radələrində Dondar Quşçu kəndinin girəcəyində, "Dondar priyezdi"  adlanan yerdə olarkən oradan maşınla keçən Murad Süleymanovu görmüş, sonuncu maşına minməyini və birlikdə kəndə getmələrini təklif edib. Maşına mindikdən sonra Murad ona müraciət edərək nəyəsə ehtiyacının olarsa kömək etməyə hazır olduğunu bildirib, cavabında o, köməyə ehtiyac olmadığını deyib. Murad köməyin konkret olaraq nədən ibarət olduğunu, yəni həmin köməyin pul verməkdən və ya da başqa bir köməkdən ibarət olduğu barədə bir söz bildirməyib. Həmçinin ifadəsində sonradan arvadı Aynurənin dediklərindən ona məlum olub ki, 06 yanvar 2020-ci il tarixdə Murad Süleymanov yaşadığı evlərinə gəlib, həmin vaxt  o, evdə yatılı olub, Murad isə Aynurəyə kömək etməyə hazır olduğunu və pul vermək istədiyini bildirib, ona pul təklif edib,  lakin Aynurə onun təklifini qəbul etməyrək pul almaqdan imtina edib.   
06 yanvar 2020-ci il tarixdə saat 18-00 radələrində qardaşı Lətifin kənddə olan evinə gedərkən Murad Süleymanovun kənddəki evinin qarşısında keçərək onu boz rəngli və dövlət qeydiyyat nömrə nişanını xatırlamadığı «Vita» markalı avtomaşınla asfalt yolu  yaşadığı  evə tərəf getdiyini görüb, maşını Murad özü idarə edib, yanında tanımadığı bir adam olub. 
Qızı Nərminin meyiti tapıldıqdan sonra arvadı Aynurə ilə aparılan söhbətlər zamanı  sonuncu ona bildirib ki, 06 noyabr 2019-cu il tarixdə Aynurə Murad Sülyemanova müraciət edərək ondan borca pul istəyib, lakin Murad pulun olmadığını bəhanə gətirərk Aynurəyə borca pul verməyib.
Azadmediatv.com





OXŞAR XƏBƏRLƏR