Nərmin Quliyevanın bacısı Şəbnəmin ağır

Nərmin Quliyevanın bacısı Şəbnəmin ağır "yükü"

Tovuzun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə ittiham olunan İlkin Süleymanovun cinayət işi ilə bağlı məhkəmə prosesi davam edir.

Azadmediatv.com xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə  cinayət işi üzrə  sənədlərin tədqiqi mərhələsi başlayıb.

Belə ki,  prosesə sədrlik edən D.İmanov  sənədlərin elanı zamanı Nərmin Quliyevanın əmisi Arif Quliyevin həyat yoldaşı Nailə Quliyevanın istintaqda dedikləri ilə məhkəmədə verdiyi ifadələr arasında  kəskin ziddiyyətlər olduğunu bildirib.

Qeyd edək ki, N.Quliyeva istintaq zamanı verdiyi ifadəsində itkin düşməzdən əvvəl Nərmini görmədiyini desə də, məhkəmədə dindirilən vaxt sonuncu gün Nərminin üzərində olan paltarları bir-bir "sadalayıb".

Elan edilən sənədlər arasında Nərmin Quliyevanın gündəliyi oxunub. Nərmin gündəliyində atasının böyük bacısı Şəbnəmi ondan çox istədiiyinii, ona daha çox diqqət göstərdiyini yazıb.

Azadmediatv.com  ittiham aktına istinadən  N.Quliyevanın ailə üzvlərinin, yaxınlarının və qohumlarının istintaqa verdiyi ifadələri təqdim edir. Onlardan biri də Nərminin bacısı Şəbnəm Quliyevadır.

Belə ki, şahid qismində dindirilmiş azyaşlı Quliyeva Şəbnəm Şərif qızı istinatqa verdiyi ifadələrində göstərib ki, zərərçəkmiş Nərmin Quliyeva onun kiçik bacısıdır, onunla və digər kiçik bacısı Şəhanə ilə məktəb şagirdi olublar. Bacısı Nərmin 21 noyabr  2019-cu il tarixdə itkin düşüb. Belə ki, həmin gün saat 14:00-15:00 radələrində atası Nərminə Arif əmisinin qış gödəkcəsini aparıb onlara verməsini, sonra isə Lətif əmisigilə gedib atasının  gödəkcəsini gətirməsini bildirib. Nərmin isə qara selofan paketdə olan Arif əmisinin gödəkcəsini götürüb evdən tək çıxaraq onlara getmişdir. Təxminən 2 saat keçdikdən sonra atası ona Nərminin gəlməməsindən narahat olduğunu, onun dalınca Lətif əmisigilə gedib onunla maraqlanmağını, həmçinin Arif əmisigildə toydan qalan yeməyi  gətirməyini ona bildirib. Həmin gün saat  16:45 radələrində evdən çıxıb Arif əmisigilə  gedib, həyətə daxil olduqda həm Arif əmisini, həm də onun arvadı Nailəni görüb, Nailədən Nərminin gödəkcəni gətirib-gətirmədiyini soruşub, sonuncu gödəkcənin selofan paketdə həyətdəki stolun üstündə olduğunu, lakin Nərminin onu gətirməsini görmədiyini bildirib. Nailə onu verəcəyi yükün ağır olduğunu deyərək, nəyə görə Nərminlə gəlməməsini soruşub, o, da ona Nərminin yəqin ki, əmisi oğlu Ayxangildə olduğunu bildirərək yeməkləri götürmədən Arif əmisigillə qonşu olan Lətif əmisigilə gedib. Orada Asif əmisinin oğlu Qorxmaz və Lətif əmisinin  oğlu Ayxanı görüb, Leybə nənəsi isə yatılı olub. O, Qorxmazdan Nərminin burada olub-olmadığını soruşub, sonuncu isə ona “Nərmin yarım saat olar ki, bizdən çıxıb” deyir. O, da Nərminin yəqin ki, kənddə yaşayan Minayə nənəsigilə getdiyini deyib oradan çıxıb, yenidən Arif əmisigilə girib yeməkləri götürüb evə tərəf aparmağa başlayib. Bundan sonra öz yolunu davam edərkən qonşuları Rami İsayev, arvadı və uşağı  taksi ilə yanından keçərək onu görüb maşını saxlatdırıb və onu maşına mindirərək evlərinə tərəf aparıb. Evə girən zaman saat 17:30 radələri olub, Nərmin hələ evə qayıtmamış, bacısı Şəhanə yatıb, atası isə onun yanında yuxulayırmış. O, atasını oyadıb və Nərmini tapmadığını, yəqin Minayə nənəsigilə getdiyini bildirib. Bundan sonra atası evdən çıxıb və kənddə yaşayan əmiləri ilə görüşüb onlarla birlikdə "ciyər axşamı"-na gediblər. Saat 21:00-da evə anası, daha sonra isə atası gəlib, anası Nərminin harada olduğunu soruşduqda o, Minayə nənəsigildə ola biləcəyini bildirib. Atası "ciyər axşamı"ndan evə gəlib Nərmini soruşduqda gəlmədiyini bildirdikdən sonra atası ilə birlikdə Minayə nənəsigilə  gedib, lakin Nərminin orada olmadığı və ümumiyyətlə, onlara gəlmədiyini  biliblər. Bundan sonra Nərminin axtarışı başlayıb, atası DİN-n "102" xidmətinə zəng edərək Nərminin itməsini bildirib. 
Həmçinin Şəbnəm Quliyeva əlavə ifadəsində göstərib ki, bacıları ilə evdə olan zaman dərslərini etdikdən sonra asudə vaxtlarında üçü də birlikdə həyətlərində  "ortada qaldı", "Gizlən qaç" oyunları oynayıblar. Daha sonra isə evdə televizora baxmaqla məşğul olublar. Nərmin televizora baxıb vaxt keçirməyi xoşlayırmış və o, həm seriallara, həm də cizgi filmlərə baxırmış. Nərminin əsasən, baxdıqları Azərbaycan kanalı olan «Günəş»-dən verilən «Maşa və ayı», «Şirinlər», «Köməyə tələsən itlər», «Tom və Cerri» cizgi fimləri, «Space» kanalından olan «Pulsar» serialına, Türkiyə kanalı olan «A2»-dən verilən «Selena» və «Bez bebek» serialları, «Kanal 7»-dən verilən «Elif» və «Deli divane» serialları, «Star» kanalından verilən «Yemin» serialı, «TRT çocuk» kanalından verilən «Harika kanatlar»,  «Bulut»,  «Kəl oğlan»,  «Doru»,  «Vinx club», «Canım kardeşim» və «Niloya» multifimləri, bundan başqa «CBC-Azərbaycan» və «İdman Azərbaycan» kanallarından verilən futbol və karate idman növləri ilə bağlı verilişlər olmuşdur. 
    Bundan başqa Şəbnəm Quliyeva əlavə ifadəsində göstərib ki, 2019-cu ilin oktyabr ayının dəqiq yadında qalmayan tarixdə, saat 14:00 radələrində o, bacısı Nərminlə birlikdə çörək almaq məqsədilə evdən çıxıb kənd  içində  olan «Dondar kafe»-nin yanındakı ərzaq mağazasına gəlib, mağazanın yaxınlığına çatdıqda  atasının sinif yoldaşı olan İlkin Süleymanovun asfalt yolun sağ tərəfindəki dərə tipli yerdə dayanıb  kitab  yandırdığını görüblər.Onlar İlkinlə salamlaşıb, o da onlara salam verərək yanlarına çağırıb, həmin vaxt onun yanında kimsə olmatıb. Onlar İlkinlə həmişə rastlaşanda salamlaşır, lakin onunla söhbət etməyiblər. O, da yavaşca onlara salam verirdi, bəzi hallarda o, öz-özünə sanki danışırmış. Nərminlə onun yanına tərəf getdikdə İlkin yandıracağı kitabları onlara verə biləcəyini, lakin kitablar kiril qrafikasında olduğunu, buna görə atalarının evdə həmin kitabları onlara oxuya biləcəyini deyib. Həmçinin o, onlardan evdə soba kimi nədən istifadə etdiyini soruşmuş, o, da ona odun sobasında istifadə etdiyini dedikdə o, kitabları sobada da yandıra biləcəyini demişdir. Onlar İlkinə çörək alıb geri qayıdan zaman kitabları götürəcəklərini deyib mağazaya gediblər, qayıdan zaman isə İlkin onlara torbada xeyli kitab verib və onlar da kitabları evə aparıblar. İlkin  isə orada kitabların yandırmağa davam edib.

Azadmediatv.com





OXŞAR XƏBƏRLƏR