İlham Əliyev Karen Donfridi qəbul edib
İyunun 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfridi qəbul edib.
Azadmediatv.com xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Görüş zamanı Karen Donfrid ABŞ Dövlət katibi Entoni Blinkinin salamlarını Prezident İlham Əliyevə çatdırb. Dövləti başçısı salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Entoni Blinkinə çatdırmağı xahiş edib.
Görüşdə əlaqələrimizin gündəliyinin geniş olduğu qeyd edilb, onun enerji sahəsində əməkdaşlıq, regionda təhlükəsizlik, postmünaqişə dövrü, Azərbaycan və Ermənistan arasında əlaqələrin normallaşdırılması və digər məsələləri əhatə etdiyi bildirilib. İ.Əliyev qeyd edib ki, Azərbaycan Cənubi Qafqazı əməkdaşlıq regionu kimi görmək istəyir.
Prezident İlham Əliyev ABŞ Prezidenti Cozef Baydenin Azərbaycanın Müstəqillik Günü münasibətilə və Bakı Enerji Həftəsi çərçivəsində ona ünvanladığı məktublarda, həmçinin özünün Cozef Baydenə məktubunda qeyd olunan məsələlərin ikitərəfli münasibətlərin inkişafı baxımından önəmini vurğulayıb.
Söhbət zamanı əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, iyunun 14-də ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid Azərbaycana səfər edib. O, iyunun 19-dək Azərbaycan, Gürcüstan və Ermənistanda səfərdə olacaq.Donfrid Azərbaycanda ölkə rəsmiləri və vətəndaş cəmiyyəti üzvləri ilə görüşəcək. Dövlət katibinin köməkçisi ABŞ-ın Azərbaycan və Ermənistan arasında davamlı sülh istiqamətində diplomatik səylərə dəstəyini vurğulayacaq, Ukraynaya humanitar dəstəyə görə Azərbaycana təşəkkür edəcək və Avropanın enerji təhlükəsizliyinin təşviqi, transmilli təhdidlərlə mübarizə, fundamental azadlıqların dəstəklənməsi və ikitərəfli ticarətin inkişafı sahəsində tərəfdaşlığı vurğulayacaq.
İyunun 17-də dövlət katibinin köməkçisi Gürcüstanın paytaxtı Tbilisiyə səfər edəcək və Prezident Salome Zurabişvilinin təşkil etdiyi Tbilisi Qadınlar Beynəlxalq Konfransında çıxış edəcək. Donfrid həmçinin Tbilisidə baş nazir Qaribaşvili və digər hökumət rəsmiləri, müxalifət nümayəndələri və vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşərək, Kremlin Ukraynaya qarşı müharibəsini və Gürcüstanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ABŞ-ın suverenliyi və ərazi bütövlüyünə davamlı dəstəyini müzakirə edəcək. Dövlət katibinin köməkçisi həmçinin ABŞ-ın Gürcüstana demokratik inkişafı və qanunun aliliyini inkişaf etdirmək, bu ölkənin iqtisadiyyatını şaxələndirmək və firavan gələcəyin qurulmasında bundan sonra necə dəstəkləyə biləcəyini müzakirə edəcək.
Dövlət katibinin köməkçisi Donfrid daha sonra iyunun 18-də Ermənistanın paytaxtı İrəvana gedəcək, orada baş nazir Nikol Paşinyan və digər hökumət rəsmiləri ilə görüşəcək. Dövlət katibinin köməkçisi ABŞ-ın Ermənistan və Azərbaycan arasında davamlı sülhə doğru diplomatik səylərə dəstəyini ifadə edəcək.
Azadmediatv.com