Nərmin Quliyeva:

Nərmin Quliyeva: "İstəyirəm ki, Rinat mənə sevdiyini desin, mən çox xoşbəxt olaram" - GÜNDƏLİİK

 İyunun 16-də saat 15:00-da  Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Dadaş İmanovun sədrliyi ilə Tovuz rayonunun Dondar Quşçu kəndində azyaşlı Nərmin Quliyevanı amansızcasına qətlə yetirməkdə ittiham olunan İlkin Süleymanovun məhkəmə prosesi davam etdirilib.

 Azadmediatv.com-un xəbərinə görə, prosesdə cinayət işi üzrə  sənədlərin tədqiqi mərhələsi başlayıb.

Belə ki,  prosesdə hakim D.İmanov  sənədlərin elanı zamanı Nərminin ana nənəsi Minayə İsmayılovanın istintaqdakı ifadəsini elan edib. O bildirib ki, nəvəsinin başına gələnlərə görə uşağın əmisi Lətif Quliyevdən şübhələnib. Bu haqda iştirak etdiyi  televiziya verilişlərində də dəfələrlə uca səslə bəyan edib ki,  Nərmin Quliyeva sonuncu dəfə həmin əmisinin evində olub və oradan da yoxa çıxıb. Minayə İsmayılova ifadəsində bildirib ki, qızı Aynurə ilə danışmır:
"Qızım mənimlə danışmır. Buna səbəb isə qaynı Lətifin adını çəkməyimdir.  Nərmini sonuncu dəfə itkin düşməmişdən 7-8 gün əvvəl görmüşdüm. Hadisə baş verən gün Qovlar qəsəbəsində işdəydim. Qayıdandan sonra saat 19:00 radələrində Şəbnəm gədli ki, Nərmin burada deyil? Dedim ki, yox. Çıxıb getdi. Gecə saat 1 radələrində qapım döyüldü, dedilər ki, polisdəb gəlublər. Bir neçə polis əməkdaşı evə daxil oldu, baxdılar. Sonra mən də onlarla birlikdə maşınla qızımgilə getdim. Orada eşitdim ki, günorta  Arif əmisigilə gödəkçə aparıb verib, sonra keçib Lətif əmisigildən də atasının gödəkçəsini götürüb, ondan sonra yoxdur. Bir müddət sonra Şəbnəm onun arxasınca gedib, deyiblər ki,  Nərmin ordan dərhal çıxıb gedib. Şəbnəm qayıdanda onu bir sarı maşına mindirmək istəyiblər, minməyib. Telekanallarda demişdim ki, baş verənlərə görə Lətifdən şübhələnirəm.i".

Nərminin atası Şərif Quliyev məhkəmədə sərbəst ifadə verərkən nildirib, həmin axşam saat 21.30 radələrində M.İsmayılovagilə özü tək gedib.

Məhkəmə və müdafiə tərəfi Ş.Quliyevin nəzərinə çatdırıb ki, ifadəsinin bu hissəsində  onun dedikləri ilə qayınanası M.İsmayılovanın ifadəsi arasında kəskin ziddiyyətlər var.

Ş.Quliyev isə bu yöndə ona verilən suallara cavabında belə deyib: "Mən də getmişəm...". Müdafiə tərəfi isə Ş.Quliyevin ifadəsində  saat və vaxt məsələsində də uyğunsuzluq olduğunu bildirib.
M.İsmayılovanın ifadəsi elan olunarkən bəlli olub ki, qızının qaynananası  Leybə Quliyevayla uzun illərdir küsülüdürlər: "Leybəgillə küsülü qalmağımızın səbəbi  oğlu Şərifi ailəsiylə birlikdən evdən çıxarmasıdır. Həmin vaxt Aynurənin qızları Şəbnəm və Nərmin varıydı. Şəhanə mənim evimdə doğuldu. Bir müddət bizdə qaldılar. Sonra isəkirayə çıxdılar. Hazərda yaşadıqları evi də onlara mən tikdirdim".
 Prosesin maraqlı tərəfi isə N.Qulliyevanın gündəliyində araşdırılmas olub.

Gündəlikdən əldə etdiklərimizi təqdim edirik:

"İstəyirəm ki, Rinat məni sevdiyini desin. Mən çox xoşbəxt olaram". "Atam mənə hər gün, həmişə çığırır, mənə acıqlanır. Ancaq Şəbnəm və Şəhanəyə heç nə demir. Ancaq mənə qışqırır, Şəbnəm nənəmgildə olur deyə, atam Şəbnəmə heç nə demir. Ancaq mən istəyirəm ki, atam da mənə nə çığırsın, nə  acıqlansın."
"Sənə görə hər kəsi sildm. Sənə görə qəlbimi edam... Unut məni. Mən dünənə qədər...  N+R=sevgim".

Proses iyulun 13-də davam edəcək.

Qeyd edək ki, 48-yaşlı İlkin Süleymanov Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələri ilə ittiham olunur. Lakin o, azyaşlının ölümünə aidiyyəti olmadığını deyir. İlkin Süleymanovun ifadəsindəki etirafa gəlincə, o bildirib ki, 2020-ci il yanvarın 6-dan 10-dək Tovuz Rayon Polis Şöbəsində işgəncəyə məruz qalıb. Dörd gün sonra ağır  işgəncələrə və valideynləriylə təhdid edilməsinə dözməyərək, etiraf ifadəsinə imza atmağa məcbur olub. Baş Prokurorluq isə onun işgəncə iddialarını təkzib edib. Vəkillərin bu barədə şikayətlərinə cavab olaraq, işgəncə faktının təsdiqini tapmadığı bildirilib.
Süleymanovun ittiham olunduğu maddələrdə 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.
Xatırladaq ki, 2019-cu ilin noyabrın 19-dan itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini, 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti 2020-ci il yanvarın 6-da kənd ərazisində aşkar edilib. İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb.

İ.Süleymanov isə özünü təqsirli bilmir.

Gülnaz Qənbərli
Azadmediatv.com
Bakı-Gəncə-Bakı

 





OXŞAR XƏBƏRLƏR