Gəncədə dilənçilik edənlər saxlanılıb

Gəncədə dilənçilik edənlər saxlanılıb

Gəncə Şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinin əməkdaşları şəhər ərazisində tüfeyli həyat tərzi keçirən və dilənçiliklə məşğul olaraq vətəndaşların haqlı narazılığına səbəb olan şəxslərlə bağlı profilaktik tədbir keçirib.

Azadmediatv.com-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan  verilən məlumata görə, tədbir zamanı, ümumilikdə, 70 nəfər saxlanılaraq Polis Şöbəsinə gətirilib. Saxlanılanlarla profilaktik söhbətlər aparılar aq İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib.

Daha sonra saxlanılan şəxslər qeydiyyatda olduqları şəhər və rayonlara göndəriliblər.

Qeyd edək ki, müxtəlif rayonlarda qarşılar və dilənçiliklə məşğul olan digər şəxslər açıq havada və çay evlərində istirahət edən vətəndaşlardan və turistlərdən pul istəməsi onların haqlı narazılığı ilə qarşılanır.

Azadmediatv.com