Yüksək vəzifəli şəxs saxlanıllb

Yüksək vəzifəli şəxs saxlanıllb

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməliyyat keçirib.

Azadmediatv.com xəbər verir ki,  qanun pozuntuları ilə bağlı əməliyyat “Avtomobil Yollarının Mühafizə Xidməti” MMC-də keçirilib. Əməliyyat çərçivəsində “Avtomobil Yollarının Mühafizə Xidməti” MMC-nin Nəzarət şöbəsinin rəisi Hüseynov Fikrət İsrafil oğlu saxlanılıb.

Hazırda “Avtomobil Yollarının Mühafizə Xidməti” MMC-nin rəhbər şəxsləri ilə bağlı araşdırmalar aparılır və bir sıra sahələr üzrə fəaliyyətlərinə qadağa qoyulub.

Qeyd edək ki, iyunun 20-də isə  Dövlət Təhlükəsizliyi Xidməti Dövlət Gömrük Komitəsində əməliyyat keçirib.

Azadmediatv.com





OXŞAR XƏBƏRLƏR