Azərbaycanlı gənclər erməni həmyaşıdları ilə görüşün gərgin keçmədiyini bildirib - <span class=FOTO " style="width: 100%;">

Azərbaycanlı gənclər erməni həmyaşıdları ilə görüşün gərgin keçmədiyini bildirib - FOTO

Fransada Azərbaycan və Ermənistan gəncləri arasında baş tutan görüşün Bakıda müzakirəsi aparılıb.

APA xəbər verir ki, müzakirəyə Fransa səfiri Zakari Qross, Almaniya səfirliyinin rəis müavini Hayko Şartz, həmçinin sözügedən görüşdə iştirak edən azərbaycanlı gənclər qatılıblar.

Görüşün ümumi nəticələrindən danışan Almaniya səfirinin rəis müavini bu cür görüşlərin Azərbaycan və Ermənistan arasındakı münasibətlər üçün yaxşı başlanğıc olduğunu qeyd edib.

Fransa səfiri isə bu cür görüşlərin iki ölkə arasında sülh prosesinə təkan verəcəyini və təkcə bu vasitəçilikdə Fransa və Almaniyanın deyil, həm də digər dövlətlərin də iştirakının vacibliyini diqqətə çatdırıb.

Müzakirədə iştirak edən azərbaycanlı gənclər isə görüşdə onlara Fransa ilə Almaniya arasında münasibətlərin qurulması modelinin göstərildiyini və görüşün bütövlükdə gərgin keçmədiyini vurğulayıblar.





OXŞAR XƏBƏRLƏR