VİP sədrinə yenidən həbs cəzası - REPORTAJ

VİP sədrinə yenidən həbs cəzası - REPORTAJ

İyunun 23-də Yasamal Rayon Məhkəməsində hakimi Rəşad Cavadzadənin sədrliyi ilə Vətəndaş və İnkişaf Partiyasının (VİP) həbsdə olan sədri Əli Əliyevin barəsində xüsusi ittiham qaydasında verilən şikayət üzrə məhkəmə prosesi keçirilib.
Azadmediatv.com
xəbər verir ki,  prosesdə hökm oxunub. Hökmə əsasən, VİP sədri 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdə qeyd edilib ki, Əli Əliyevin əvvəlki cəzaları birləşdirilərək ona 1 il azadlıqdan məhrumetmə cəzası təyin olunub.

Qeyd edək ki,  xüsusi ittihamçı Ramiz Göyüşov prosesdə iştirak etməyib.

Xatırladaq ki, Ramiz Göyüşovun bir neçə ay əvvəl sosial şəbəkələrdə intim videosu yayıldıqdan  YAP-dan kənarlaşdırılıb.

VİP sədri Əli Əliyev 2021-ci il noyabrın 30-da qəzaya uğrayan DSX-ya məxsus "Mi-17" tipli helikopterdə sağ qalan polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilovun xüsusi ittiham qaydasında şikayəti əsasında Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə (böhtan) uyğun olaraq 5 ay müddətinə azadlıqdan məhrum olunub.

Daha sonra R.Ədilovun şikayəti əsasında Yasamal Rayon Məhkəməsinin qərarına görə, Ə.Əliyevə 5 ay həbs cəzası təyin olunub. Təqsirləndirilən şəxs barəsində əvvəlki cəza müddəti ilə hazırkı cəza qismən toplanaraq ümumilikdə 6 ay azadlıqdan məhrum etmə cəzası seçilib.


Azadmediatv.com
 





OXŞAR XƏBƏRLƏR