FHN: Amfibiya təyyarəsi 10 nəfərlik heyətlə Türkiyədə yanğınların söndürülməsində iştirak edəcək - <span class=FOTO " style="width: 100%;">

FHN: Amfibiya təyyarəsi 10 nəfərlik heyətlə Türkiyədə yanğınların söndürülməsində iştirak edəcək - FOTO

Hazırda Türkiyə Respublikasının Muğla bölgəsində meşə yanğınları davam edir. Yanğınların söndürülməsində iştirak etmək üçün Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Azərbaycan Fövqəladə Hallar Nazirliyinə (FHN) məxsus “BE-200ÇS” amfibiya tipli təyyarəsi 10 nəfərlik heyətlə Türkiyə Respublikasının Muğla bölgəsinin Dalaman Hava Limanına yola düşür .

APA xəbər verir ki, bunu Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə açıqlamasında FHN-in Aviasiya dəstəsinin rəisi, general-mayor Əşrəf Qasımov deyib.

O qeyd edib ki, təyyarə bu gündən etibarən Türkiyədə baş verən yanğınların söndürülməsində iştirak edəcək: “Bildiyiniz kimi, ötən il də qardaş Türkiyədə baş verən yanğınların söndürülməsinə iştirak etmişdik. Amfibiya yanğınların söndürülməsinə effektiv təyyarədir. Suyun üzərində durmadan 18-20 saniyə ərzində 12 tona yaxın su götürmə həcminə malikdir".





OXŞAR XƏBƏRLƏR