Naxçıvanda kreditləşmənin həcmi 37%-dək artıb

Naxçıvanda kreditləşmənin həcmi 37%-dək artıb

Bu ilin yanvar-may aylarında Naxçıvan Muxtar Respublikasında bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 116,6 mln. manatdan çox kredit verilib ki, bu da bir il öncəki göstəricidən 36,8% çoxdur.

Naxçıvan Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, verilən kreditlərin 9,67 mln. manatdan çoxu və yaxud 8,3%-i qısamüddətli, 106,99 mln. manatdan çoxu və yaxud 91,7%-i uzunmüddətli kreditlər olub.


OXŞAR XƏBƏRLƏR