Bakı-Quba yolunda iki maşın toqquşub, xəsarət alanlar var

Bakı-Quba yolunda iki maşın toqquşub, xəsarət alanlar var

Bakı-Quba yolunda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, qəza magistralın 77-ci km-də qeydə alınıb. Siyəzən rayonu, Zarat kənd sakini 1979-cu il təvəllüdlü Hüseynov Ramin Əjdər oğlunun idarə etdiyi “VAZ-2104” markalı nəqliyyat vasitəsilə Ucar rayon sakini 1983-cü il təvəllüdlü Əliyev Sadiq Fikrət oğlunun idarə etdiyi yük maşını toqquşub. Hadisə nəticəsində “VAZ-2104”-ün sürücüsü Ramin Hüseynov, minik maşınının sərnişinləri - Siyəzən rayon sakinləri 1953-cü il təvəllüdlü Firdudin Abbasov və 1984-cü il təvəllüdlü Əli Eldarov xəsarət alıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.


OXŞAR XƏBƏRLƏR