“Netflix”in “The Gray Man” layihəsinin bir hissəsi Bakıda çəkilib

“Netflix”in “The Gray Man” layihəsinin bir hissəsi Bakıda çəkilib

Yadınızdadırsa 2021-ci ildə “Netflix” platforması ilə əməkdaşlıq nəticəsində ABŞ istehsalı olan blokbasterin çəkilişlərinin bir hissəsinin Bakıda aparılması haqda məlumat vermişdik.

APA xəbər verir ki, bunu Mədəniyyət Nazirliyinin Audiovizual və interaktiv media şöbəsinin müdiri Rüfət Həsənov bildirib.

“Nəhayət həmin layihənin adını açıqlaya bilərik - ”The Gray Man” (Russo qardaşlarının filmidir, baş rollarda Ryan Gosling və Chris Evans).

Birinci kadrda arxa fondakı “Alov qüllələri”dir, ikinci kadrdakı məkan əslində Praqa şəhərində yerləşən Vitkovdakı Milli Abidənin ətrafı olsa da, kənarlardakı bayraqlara diqqətlə baxın.

Spoiler verməyəcəyəm, amma filmin personajlarından biri də azərbaycanlıdır”, - o qeyd edib.





OXŞAR XƏBƏRLƏR