Türkiyə və Britaniyanın müdafiə nazirləri görüşüb

Türkiyə və Britaniyanın müdafiə nazirləri görüşüb

Türkiyənin milli müdafiə naziri Hulusi Akar Ankarada Böyük Britaniyanın müdafiə naziri Ben Uolleslə görüşüb.

APA-nın Türkiyənin Milli Müdafiə Nazirliyinin saytına istinadən xəbərinə görə, görüşdə ikitərəfli əlaqələr, regional məsələlər, o cümlədən Rusiya-Ukrayna müharibəsi müzakirə edilib.

Hulusi Akar Türkiyə-Britaniya münasibətlərinin strateji xarakter daşıdığını deyib.

Terrorla, xüsusilə PKK/YPG-İŞİD və FETÖ ilə mübarizədə əməkdaşlığın əhəmiyyəti ifadə edilib.

Ukraynanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyinə verilən dəstəklə bölgədə sülh və sabitliyin bərpası üçün tezliklə atəşkəs elan edilməli olduğu qeyd edilib.

Eyni zamanda, taxıl probleminin həlli istiqamətində aparılan işlərin əlaqələndirilmiş şəkildə davam etdirilməsi barədə məlumat verilib.

Görüşdə hərbi təlim sahəsində əməkdaşlıq fəaliyyətinin davam etdirilməsi ilə bağlı razılıq ifadə olunub.





OXŞAR XƏBƏRLƏR