Gürcüstana Avropa İttifaqına namizəd statusu verilməyib - <span class=VİDEO " style="width: 100%;">

Gürcüstana Avropa İttifaqına namizəd statusu verilməyib - VİDEO

Avropa İttifaqı Şurası Gürcüstana Aİ-yə namizəd statusu verməyib.

APA-nın Gürcüstan bürosu xəbər verir ki, bu barədə məlumatı Aİ Şurasının Prezidenti Şarl Mişel “Twitter” hesabındakı paylaşımında bildirib.

O qeyd edib ki, Şura Gürcüstana Avropa perspektivi tanınmasına qərar verib. Aİ Gürcüstana həllini gözləyən prioritet məsələləri yerinə yetirdikdən sonra namizəd statusu verməyə hazırdır.

“Gürcü xalqını təbrik edirəm. Aİ-Gürcüstan əlaqələrində tarixi bir andır. Gürcüstanın gələcəyi Aİ ilədir” – deyə diplomat bildirib.





OXŞAR XƏBƏRLƏR