Fuad Qəhrəmanlının qızı ilə bağlı məhkəmə istintaqı yekunlaşır

Fuad Qəhrəmanlının qızı ilə bağlı məhkəmə istintaqı yekunlaşır


İyunun 29-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə AXCP funksioneri Fuad Qəhrəmanlının qızına cinsi təcavüzdə ittiham edilən  Əsgər Ağazadənin barəsindəki cinayət işi üzrə məhkəmə  prosesi davam edirb. 
Azadmediatv.com
xəbər verir ki, proses şajid ifadəsi ilə davam etdirilib. Belə ki, prosesdə iş üzrə sonuncu şahid Fərid Qafarov sərbəsr ifadə verib.
O, Sənay Qəhrəmanlının anası Zümrüd Yağmurun ifadəsinə münasibət bildirib. Zümrüd Yağmur ifadəsində deyib ki, qızı ilə Əsgər Ağazadənin birlikdə olduğu iddia olunan gündə Fərid Qafarov onlara narkotik aparıb. Məhkəmədə ifadə verən şahid  həmin gün ümumiyyətlə, Əsgər Ağazadənin evinə getmədiyini bildirib: "Əsgərlə telefonla yazışırdıq. Mənə dedi ki, dur, gəl bizə. Həmin gün işim olduğu üçün gələ bilməyəcəyimi dedim. Dediyim kimi, ümumiyyətlə, həmin gün o evə getməmişəm! Vəssalam..."

Bundan sonra iş üzrə sənədlərin tədqiqi mərhələsi başlayıb.
Proses iyulun 13-də davam etdiriləcək.

Qeyd edək ki, məhkəmədə elan olunmuş ekspertiza rəylərinə görə Sənay Qəhrəmanlının qanında narkotik aşkar olunmayıb. Həmçinin Sənay Qəhrəmanlının bətnindən götürülən analizdə və bioloji material nümunələrində Əsgər Ağazadəyə aid spermatozoid aşkar olunmayıb. 

Xatırladaq ki, 2004-cü il təvəllüdlü Sənay Qəhrəmanlının cinsi təcavüzə məruz qalması barədə müraciəti əsasında Cinayət Məcəlləsinin 149.2.3 (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxsə qarşı törədildikdə) maddəsi ilə Yasamal rayon prokurorluğunda cinayət işi başlanıb. Cinayət işi Baş Prokurorluğun rəhbərliyi tərəfindən nəzarətə götürülüb, istintaqın davam etdirilməsi İstintaq idarəsinə həvalə edilib. Həyata keçirilmiş kompleks istintaq-əməliyyat tədbirləri ilə Əsgər Ağazadənin aşkar surətdə yetkinlik yaşına çatmayan Sənay Qəhrəmanlıya cinsi təcavüz etməsinə dair əsaslı şübhələr müəyyən olunub. Cinayət işi üzrə Əsgər Ağazadəyə Cinayət Məcəlləsinin 149.2.3-cü maddəsi ilə yekun ittiham elan olunub.
Azadmediatv.com
 





OXŞAR XƏBƏRLƏR