DİN-ə 28 nazir rəhbərlik edib - Azərbaycanda polislərin peşə bayramı günüdür
İyulun 2-si Azərbaycanda polislərin peşə bayramı günüdür. Müstəqil dövlətimizin ən mühüm atributlarından, əsas sütunlarından olan Azərbaycan polisinin 104 yaşı tamam olur.
Azadmediatv.com-un xəbərinə görə, 1998-ci ilədək hər il iyunun 6-sı Azərbaycan Polisi Günü kimi qeyd edilsə də, elə həmin ilin 24 may tarixindən etibarən Azərbaycan Respublikasının III Prezidenti Heydər Əliyevin 710 nömrəli Fərmanına əsasən, Azərbaycan Polisi Gününün tarixi dəyişdirilib. Həmin vaxtdan Azərbaycanda hər il 2 iyul tarixi Azərbaycan Polisi Günü kimi qeyd olunur.
Beləliklə, 1918-ci ildə Azərbaycan Demokratik Respublikası Daxili İşlər Nazirliyinin tərkibində ilk polis orqanlarının təsis edildiyi gün — 2 iyul Azərbaycan Polisi Günü elan edilib.Azərbaycanın ilk polis bölüyü 1918-ci il iyulun 2-də Azərbaycan Xalq Cümhuriyyəti dövründə cinayətkarlıqla mübarizə aparmaq və ictimai təhlükəsizliyi təmin etmək məqsədilə yaradılıb.
Azərbaycan polisinin fəaliyyəti tariximizin xanlıqlar dövründə görünməyə başlayıb. Həmin vaxtlar xanlıqlarda xüsusi səlahiyyətlərlə fəaliyyət göstərən darğalar olub ki, onlar da müəyyən mənada polisin funksiyalarını yerinə yetirmişlər. Daha sonralar isə polismeyster idarələri yaradılıb - Bakı Şəhər upravasının polisi, Bakı xüsusi Vergi polisi, Xəfiyyə polisi, Gəncə, Zəngəzur, Şuşa, Cavad və sair qəzaların polis idarələri.
Azərbaycan Xalq Cümhuriyyəti qurulandan sonra - 1918-ci il iyulun 2-də ölkəmizin tarixində ilk dəfə müstəqil polis qurumları yaradılmışdır. Azərbaycan Xalq Cümhuriyyətinin ilk baş naziri və daxili işlər naziri vəzifəsini Fətəli xan Xoyski tutub. Fətəli xan Xoyskidən sonrakı daxili işlər nazirləri Cavanşir Behbudov, Xəlil bəy Xasməmmədov, Nəsib bəy Usubbəyov, Məmmədhəsən Hacınski və Mustafabəy Vəkilov olub.
1920-ci ilin aprelində bolşevik Rusiyası ölkəmizi işğal edir və Azərbaycanda sovet hakimiyyəti qurulur. Sovet Azərbaycanının ilk daxili işlər naziri Həmid Sultanov təyin edilir.
Pristavları komissarlar əvəzləyir, polisin adı dəyişdirilərək milis adlandırılır.
1920-ci ilin aprelində bolşevik Rusiyası XI Qızıl Ordunun vasitəsilə Azərbaycanı işğal etdi. Sovet Azərbaycanının ilk daxili işlər naziri Həmid Sultanov olub. Polisin adı da dəyişdirilərək milis adlandırılıb. Pristavlar işdən götürülüb, onların yerlərinə komissarlar təyin olunub. 1922-ci ildə 70 qəza milis rəisindən 93 faizinin heç orta təhsili də olmayıb. Şəxsi heyətin 75 faizi tam savadsız olub. O vaxtdan indiyədək Azərbaycan Respublikasının daxili işlər naziri vəzifəsini 20 nəfər tutub.
Qeyd edək ki, Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqdan az sonra, Nazirlər Şurasının 1918-ci il 2 iyul tarixli sərəncamı ilə Daxili İşlər Nazirliyi tərkibində müstəqil Azərbaycanın polis orqanları yaradılıb. Azərbaycan polisi yarandığı gündən xalqın və dövlətin mənafeyinə ləyaqətlə xidmət edib, asayişin və təhlükəsizliyin mühafizəsi, sabitliyin və əmin-amanlığın qorunması, cinayətkarlığa qarşı mübarizə kimi məsuliyyətli vəzifələri vicdanla yerinə yetirib. AXC süqut etdikdən sonra, bolşevik diktaturası bütün milli dövlət və hüquq-mühafizə strukturlarını, o cümlədən milli polisi ləğv edib.
Əvəzində "milis" adlandırılan bir qurum yaradılıb. Milisin vəzifəsi insanların təhlükəsizliyini qorumaq, cinayətkarlığa qarşı mübarizə aparmaqdan daha çox bolşevik rejiminin qorunmasına, azadfikirli insanların təqib və həbs edilməsinə yönəldilmişdi. Sovet milisi mövcud olduğu 70 il ərzində dövlətin repressiya aparatı rolunu oynayıb.
1941-45-ci illərdə faşizm ilə mübarizədə Azərbaycan polisinin 800 nəfərə yaxın əməkdaşı rəşadətlə vuruşub, qəhrəmanlıq, igidlik nümunələri göstərərək yüksək orden və medallara layiq görülüblər. Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsi başlandıqdan sonra Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə daxili işlər orqanlarının və Daxili Qoşunların şəxsi heyəti 1145 şəhid verib, 681 əməkdaş isə əlil olub.
Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə 465 nəfər polis əməkdaşı, 680 nəfər Daxili Qoşunların hərbi qulluqçuları şəhid olmuş, 67 nəfər daxili işlər orqanlarının əməkdaşlarına "Milli Qəhrəman" fəxri adı verilmiş, 86 əməkdaş "Azərbaycan Bayrağı" ordeni, 247 əməkdaş isə müxtəlif orden və medallarla təltif edilmişdir.
18 oktyabr 1991-ci ildə “Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul edildikdən sonra Azərbaycanın Daxili İşlər Nazirliyi keçmiş SSRİ Daxili İşlər Nazirliyinin tabeliyindən çıxıb və həmin dövrdən suveren Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi kimi fəaliyyət göstərir.
Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2001-ci il tarixli Fərmanı ilə "Daxili İşlər Nazirliyinin Əsasnaməsi və strukturu" təsdiq edilib.
Azərbaycan yenidən müstəqilliyə qovuşduqdan sonra polis adı bərpa olundu, onun funksiya və vəzifələri dəqiqləşdirilib. Azərbaycan polisi Birinci Qarabağ müharibəsi zamanı ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə fəal iştirak edib. Daxili işlər orqanlarının və daxili qoşunların şəxsi heyətinin 931 nəfəri bu müharibədə şəhid olub. Polisin sıralarında xeyli sayda "Milli Qəhrəman" adına, habelə orden və medallarla təltifə layiq görülənlər var.
Xatırladaq ki, Azərbaycan Polisi güclü maddi-texniki bazası, ictimai asayişin, qanunçuluğun və hüquq qaydasının qorunması üzrə dəqiq təşkil edilmiş sistemi və peşəkar kadr korpusu olan vahid mərkəzləşdirilmiş hüquq-mühafizə orqanıdır.
Polis günü ərəfəsində Daxili İşlər Nazirliyinin 1 əməkdaşı 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, 18 əməkdaşı “Vətən uğrunda”, 7 əməkdaşı isə “İgidliyə görə” medalları ilə təltif olunublar. Həmçinin Daxili İşlər Nazirliyinin dörd əməkdaşına polis general-mayoru ali xüsusi rütbəsi verilib.
104 yaşlı Azərbaycan Polisi, günün mübarək! Təltif olunan əməkdaşları təbrik edirəm!
Müstəqillik illərində daxili işlər naziri vəzifəsini tutanlar:
1. Xoyski Fətəli Xan İsgəndərxan oğlu (28.05.1918 – 17.06.1918)
2. Behbudxan Cavanşir (17.06.1918 – 26.12.1918)
3. Xasməmmədov Xəlil bəy (26.12.1918 – 16.06.1919)
4. Usubbəyov Nəsib bəy Yusif oğlu (16.06.1919 – 22.12.1919)
5. Hacınski Məmmədhəsən (22.12.1919 – 15.02.1920)
6. Vəkilov Mustafa bəy (15.02.1920 – 28.04.1920)
7. Sultanov Həmid Həsən oğlu (28.04.1920 – 01.06.1921)
8. Bağırov Mircəfər Abbas oğlu (05.10.1921 – 22.05.1927)
9. Rizayev Novruz Kərim oğlu (22.05.1927 – 10.07.1929)
10. Yemelyanov Stepan Fyodoroviç (01.08.1929 – 05.02.1941)
11. Yaqubov Mirteymur Ələkbər oğlu (06.03.1941 – 01.06.1943)
12. Atakişiyev Ağasəlim İbrahim oğlu (10.07.1943 – 06.06.1953)
13. Quskov Anatoliy Mixayloviç (08.08.1953 – 25.03.1954)
14. Buliqa İvan Yefistovyeviç (30.04.1954 – 10.07.1956)
15. Kərimov Əli Həbib oğlu (11.08.1956 – 05.02.1960)
16. Məmmədov Xəlil Məmməd oğlu (03.11.1960 – 05.01.1965)
17. Əlizadə Məmməd Əli oğlu (05.01.1965 – 19.03.1970)
18. Heydərov Arif Nəzər oğlu (19.03.1970 – 20.07.1978)
19. Vəliyev Cəfər Cəbrayıl oğlu (04.11.1978 – 06.04.1987)
20. Məmmədov Aydın İsrafil oğlu (07.04.1987 – 09.05.1990)
21. Əsədov Məhəmməd Nəbi oğlu (23.05.1990 – 18.11.1991)
22. Kərimov Tofiq Mirzə oğlu (18.11.1991 – 20.02.1992)
23. Əliyev Tahir Yunus oğlu (24.02.1992 – 25.05.1992)24.
24. Həmidov İsgəndər Məcid oğlu (26.05.1992 – 16.04.1993)
25. Allahverdiyev Abdulla Museyib oğlu (21.04.1993 – 25.06.1993)
26. Novruzov Vaqif Yusif oğlu (07.07.1993 – 29.04.1994)
27. Usubov Ramil İdris oğlu (29.04.1994-20.06.2019)
28. Eyvazov Vilayət Süleyman oğlu (20.06.2019)
Peşə bayramınız mübarək!
Azadmediatv.com