Bakı Bulvarında maraqlı REKLAM
Son günlər Bakı Bulvarının ərazisində, dənizdə olan ev reklamı əhalinin xeyli marağına səbəb olub.
Azadmediatv.com xəbər verir ki, sosial media izləyiciləri, şəhər sakinləri reklamla bağlı müxtəlif fikirlər bildirilblər.
Qeyd edək ki, izləyicilərin marağına səbəb olan ev konstruksiyası Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Sığortaçılar Assosiasiyası və İcbari Sığorta Bürosu arasında “Sığorta savadlılığının artırılması, maarifləndirmə, təbliğat və qarşısıalınma tədbirlərinin sistemli və ardıcıl həyata keçirilməsinə dair qarşılılıqlı əməkdaşlıq haqqında” imzalanmış Memorandum çərçivəsində, "Synergy Partnership" şirkətinin icraçı tərəfdaşı olduğu ölkə səviyyəsində təşkil olunan təbliğat və maarifləndirmə layihəsinin ikinci mərhələsi üçün hazırlanıb. Reklamın məqsədi əmlak sığortasını təbliğ etməkdir.
Azadmediatv..com