Nazirliyin qarşısında etiraz edən Samir İsmayılov müharibə iştirakçısı deyil - TURAL QURBANOV
“Bu gün nazirlik qarşısına gələrək etiraz edən İsmayılov Samir İsmayıl oğlu müharibə iştirakçısı deyil”.
Azadmediatv.com xəbər verir ki, bu haqda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyində İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tural Qurbanov sosial şəbəkədəki şəxsi hesabında məlumat paylaşıb.
T.Qurbanov qeyd edib ki, Samir İsmayılova 2017-ci ildə hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar əlillik statusu verilsə də, əlilliyinin müddəti 2022-ci ilin fevralında bitib:
"Bu gün Nazirlik qarşısına gələrək etiraz edən İsmayılov Samir İsmayıl oğlu müharibə iştirakçısı deyil. Ona 2017-ci ildə hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar əlillik statusu verilsə də, əlilliyinin müddəti 2022-ci ilin fevralında bitib.
Əlilliyinin təkrar qiymətləndirilməsi üçün mart, may və iyul aylarında etdiyi müraciətə dərhal baxılaraq əyani müayinələr aparılıb, diaqnozunun əlillik əlaməti təyin etmədiyi üçün əlillik təyinatından imtina edilib. Bu barədə bu yaxınlarda nazir müavini Hidayət Abdullayevin qəbulunda olarkən də ona ətraflı izahat verilib.
Nazirlik onun məşğulluq məsələsinə dəstək göstərib. O, aprel ayında DOST İş Mərkəzinin ödənişli ictimai işlər proqramına cəlb edilib, mərkəz tərəfindən rəsmi əmək müqaviləsi ilə aylıq 300 manat maaş ödənilməklə Nizami rayonu mənzil-kommunal təsərrüfatı birliyinə sosial işçi kimi təhkim edilib".
Azadmediatv.com