Bəxtiyar Nəsibovu qətlə yetirən müstəntiq oğlunun cəzası ağırlaşdırılıb - MƏHKƏMƏ

Bəxtiyar Nəsibovu qətlə yetirən müstəntiq oğlunun cəzası ağırlaşdırılıb - MƏHKƏMƏ

Avqustun 22-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə 2021-ci il martın 1-də Bakının Xətai rayonu ərazisində 22 yaşlı  idmançı Bəxtiyar Nəsibovu  qətlə yetirməkdə ittiham edilən  Əli Abbasovun məhkəmə prosesi yenidən öz işini davam etdirib. 

Azadmediatv.com-un  xəbərinə görə, prosesdə  dövlər ittihamçısı cinayət işi yenidən ilkin istintaqa qaytarıldıqdan sonra Ə.Abbasova qarşı irəli sürülən əlavə maddələri elan edib. Belə ki,  aparılan yeni araşdırmalar zamanı istintaq qrupunun qərarı ilə AR CM-in 120.2.2 (qəsdən xuliqanlıq niyyəti ilə adam öldürmə) 120.2.4  (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddələriiylə Ə.Abbasovun cinayət işi yenilənib. Bu maddələrlə isə Ə.Abbasovu 14 ildən 20 ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə cəzası gözləyir
 Prosesə sədrlik edən hakim Azər Paşayev ona qarşı elan  edilən yeni maddələrlə özünü təqsirli bilib-bilməmədiyini soruşarkən müttəhim Ə Abbasov deyib ki,  özümü təqsirli bilmirəm.
Hakim Azər Paşayev bildirib ki, növbəti prosesdə müttəhim Ə.Abbasov məhkəmə qarşısında sərbəst ifadə verəcək.
Proses  sentyabrın 9-da  davam edəcək. 

Qeyd edək ki, Nəsibov Bəxtiyar Əli oğlu idmançı olub. O, idman zalında məşq edərkən tanımadığı Bakı şəhər sakini, 2002-ci il təvəllüdlü Abbasov Əli Allahverdi oğlu ilə aralarında  mübahisə yaşanıb.Belə ki, yaxınlıqda məşq edən Əli Abbasov guya Bəxtiyarın ona tərəf istehzalı baxışlarından qıcıqlanıb və ona irad bildirib. Daha sonra tərəflər arasında yaranan mübahisə münaqişəyə çevrilib. Ə.Abbasov idman zalını qısa müddətə tərk edəndən sonra özü ilə bıçaq gətirib və Bəxtiyarın döş qəfəsi nahiyəsinə öldürücü xəsarət yetirib. 22 yaşlı idmançı aldığı xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib.

Xatırladaq ki, hadisə 2021-ci il martın 1-i saat 13:00 radələrində Bakının Xətai rayonu, N.Tusi küçəsi 18 ünvanında yerləşən binanın qarşısında  baş verib. Belə ki, 1999-cu il təvəllüdlü Nəsibov Bəxtiyar Əli oğlunun üzərində xəsarət izləri olan meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Xətai rayon prokurorluğundan  bildirilib ki, cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış ilkin araşdırmalarla Bakı şəhər sakini 2002-ci il təvəllüdlü Abbasov Əli Allahverdi oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Bəxtiyar Nəsibovun döş qəfəsinin sol nahiyəsinə kəsici-deşici alətlə xəsarət yetirərək sonuncunu qəsdən öldürməsinə dair əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib.

Mərhum Bəxtiyar Nəsibovun ailəsi təqsirləndirilənin  bu maddə ilə mühakimə edilməsinə etiraz edib 
Gülnaz Qənbərli 
Azadmediatv.com

 





OXŞAR XƏBƏRLƏR