Kəmaləddin Heydərov generalları işdən çıxarıb

Kəmaləddin Heydərov generalları işdən çıxarıb

Fövqəladə Hallar Nazirliyində  tanınmış generallar işdən çıxarılıblar. 

Azadmediatv.com xəbər verir ki, fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə, FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisi general-leytenant Şahmar Paşayev tutduğu vəzifəsindən azad edilərək, FHN-in Bakı Regional Mərkəzinin rəisi təyin edilib.

Nazirin digər əmri ilə, FHN-in Bakı Regional Mərkəzinin rəisi, general-mayor Etibar İsmayılov vəzifəsindən azad edilərək, FHN-in Xüsusi Riskli Xilasetmə xidmətinin rəisi təyin edilib.

Azadmediatv.com





OXŞAR XƏBƏRLƏR